!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Neftçi"nin Çempionlar Liqasında nə işi var? - Gürcü telekanalı komandaları qarışdırdı - FOTO

!Reklam – Yazi

Çempionlar Liqasının ıı təsnifat mərhələsinin cavab matçında “Qarabağ” Gürcüstanda “Samtredia”nın qonağıdır.

Yenicag.az xəbər verir ki, canlı yayımlanan matçın 61-ci dəqiqəsində Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov əvəzetməyə ehtiyac duyub. Təcrübəli mütəxəssis hesabı açan Donald Geryeni meydandan çıxaraq, Əfran İsmayıllovu oyuna atıb.

Oyunçu əvəzetməsini göstərən titrda isə “Qarabağ”ın yox, “Neftçi”nin loqosunun olması diqqət çəkib.

Futbol “İdman Azərbaycan” tərəfindən canlı yayımlansa da, tezlik oyunun oynandığı ölkənin telekanalı tərəfindən verilir. Görünür, bu oyunu canlı yayımlayan gürcü telekanalı hələ də sovet nostalgiyası ilə yaşamaqdadır.

Qeyd edək ki, “Neftçi” ötən mövsüm 8 komanda arasında Premyer Liqanı 7-ci pillədə tamamlayıb.

Yenicag.az

www.yenicag.az

1084
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv