"Neftçi"nin sabiq qapıçısı kafedə güllələndi

Müəllif: Redaktor

Editor

“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç, Yaşar Ustanov adlı 48 yaşlı Azərbaycan vətəndaşı və Vladislas Miloeviç adlı serb hücuma məruz qalıb. Hadisə ötən gün Belqraddakı kafelərdən birində baş verib.

Səhər saat 06.00 radələrində tərəflər arasında mübahisə yaranıb. Daha sonra isə onlar dava edib. Nəticədə Miçoviç başından xəsarət alıb. Azərbaycan vətəndaşı isə ayağından güllələnib.

Sabiq futbolçu və Azərbaycan vətəndaşına xəsarət yetirənlər olay yerindən qaçıb. Kafeyə təcili yardım çağırılıb, polis araşdırmaya başlayıb.

Qeyd edək ki, Miçoviç 2005-2010-cu ildə “Neftçi”də çıxış edib. 2014-cü ildə isə bu komandada məşqçi kimi fəaliyyət göstərib.(fanat.az)

Yeniçağ.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir