Yazı İçi 468×60

oil-russia-300x147Dünya bazarında “Brent” markalı neftin bir barelinin qiyməti son 11 ilin ən minimal həddinə enib.

Bu gün səhər saatlarında “Brent” markalı neftin bir barelinin qiyməti 36,18 dollara qədər enib.

Qeyd edək ki, bu qiymət “Brent”in 2008-ci il dekabrında satıldığı 36,20 dollar/barel səviyyəsindən aşağıdır. Neft qiymətlərinin enməsinə səbəb ABŞ Konqresində neft ixracı embarqosunun qaldırılması və İran neftinin bazara çıxırılması ilə bağlı hazırlıq görməsi xəbərləri olub.
“Report”un analitik qrupu xəbər verir ki, “Brent” markalı neftin qiymətinin ardıcıl bir neçə gün 36,20 dollar/barel səviyyəsindən aşağı qalacağı təqdirdə, qiymətlərin 23 dollar/barelə qədər enməsi ehtimal edilir. İran neftinin bazara daxil olması və Çin iqtisadiyyatının zəif göstəricilərinin açıqlanması 2016-cı ilin ilk rübündə neftin qiymətini kəskin aşağı sala bilər. Uzunmüddətli perspektivdə isə neftin qiyməti 20-50 dollar/barel diapazonunda dəyişəcək.(report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."