Neftin qiyməti fantastik dərəcədə aşağı düşəcək

Neftin qiyməti fantastik dərəcədə aşağı düşəcək

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

Oil drips from US 100 Dollar Bill
Oil drips from US 100 Dollar Bill

Dünya neft istehsalında aparıcı rol oynayan 16 neft ölkəsinin Qətərin paytaxtı Dohada keçirdiyi görüşün nəticəsiz olması bu sahədə narahatlığa səbəb oldu. Yenicag.az “Timetürk”ə istinadən xəbər verir ki, görüşlərin mənfi nəticələnməsi ilə neft qiymətləri aşağı düşməyə başladı.

Neft qiymətləri həftəyə keçən həftəyə nisbətdə aşağıya düşməklə başladı.

İstehsalın dayandırılması ilə bağlı qərarın çıxmamasını açıqlayan Qətərin neft naziriı Muhammed bin Salih əs-Sade müsbət nəticənin əldə edilməsi üçün daha çox zamana ehtiyaclarının olduqlarını bildirib.

Görüşün müsbət baş tutmamasının səbəbinin Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik və rəqabətin  olduğu vurğulanır. Hər iki ölkənin bazardakı paylarını artırmaq üçün fantastik dərəcədə qiyməti aşağı salmağa hazır olduqları bildirilir və bu OPEK-ə üzv olan ölkələri təşvişə salıb.

 

Yenicag.az

İqtisadiyyat, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti