!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nemət Pənahlı “öldü”: Başına “Elçibəyin daşı” düşdü

!Reklam – Yazi

1463051506_index (1)Adam haqda yazmaq o qədər ağır, o qədər əzablıdı ki…

Təkcə ona görə yox ki, bəyənsək də, bəyənməsək də adı Milli Azadlıq Hərəkatının liderləri sırasında yer alır, xidmətləri də yox deyil. Həm də ona görə ki, bütün bunlara rəğmən o qədər kiçik, o qədər primitivdir ki, bu kiçikliyi, bu primitivliyi faş edib, özü cəhənnəmə, onun da xidmətləri olmuş Milli Azadlıq Hərəkatının gözdən düşməsindən əndişələnirsən…

Bəlkə də təqdimata ehtiyac qalmadı, bəli, söhbət Nemət Pənahlıdan gedir. O Nemətdən ki, primitiv ağlıyla “oturmayan ermənidi” deyib, çoxlarını yerinə otuzdurub. O Nemətdən ki, çox qısa zaman kəsiyində hər kəsə sübut etdi ki, ona baş qoşmağa dəyməz. O Nemətdən ki, mübarizə apardığı Sovet İmperiyasının süqutundan sonra hər şeyi unutdu. Unutdu ki, o bu mübarizəyə hansısa müşavirin müşavirinin müşaviri olmaq üçün qoşulmamışdı axı…

Əslində Nemət haqda yazmaqla yazmamaq arasında prinsipial fərq də yoxdu. Yenə təkcə ona görə yox ki, Nemətin yazı-pozuyla lap əvvəldən arası olmayıb, həm də ona görə ki, adamın sərf etdiyi enerjiyə, klaviaturaya toxundurduğu barmaqlarının zəhmətinə belə hayıfı gəlir. Amma olmur, adam özü “qaşınır”. Qaşınanı isə qaşımaq imandan olmasa da müstəhib əməllərdəndir.

Deməli, ötən əsrin sonlarında “əsrimizin Səyavuşu” olmaq istəyən, amma heç Səyavuş Novruzov qədərində də ola bilməyən Nemət Pənahlı saytların birinə açıqlamasında 1993-cü ildə Əbülfəz Elçibəyi təhqir etməsinə bəraət qazandırıb və bundan peşman olmadığını bildirib.

Adam qırmızı-qırmızı belə də deyib: “Elçibəyi mənim qədər tanıyan adam yoxdur. Mən tanımışam və o vaxt haqqında da sözümü demişəm. Dediyim heç bir sözdən də nə peşman deyiləm, nə də hesab eləmirəm ki, səhv demişəm. Səhv deməmişəm, az demişəm. Sadəcə olaraq müəyyən etik çərçivələrə görə, milli dəyərlərə görə hələ bir qədər güzəştə getmişəm. Mənim görüşümdə milli hərəkatın bu günə düşməyinin bir nömrəli günahkarı odur. Mən sovet imperiyası ilə, düşmənlə nə qədər mübarizə aparmışam, heç vaxt düşmənə uduzmamışam. Ancaq onun xəyanəti nəticəsində bu hərəkat indiki vəziyyətinə, millət bu günə düşüb”.

Adam bu cümlələri unudulmaqda olduğunu fərq edərək yenidən xatırlanması üçün deyibsə, xoşum gəldi. Çoxları gözü olduğu, amma qalxa bilmədiyi zirvələri Elçibəyin qucağında görüb – bu, Nemətin də haqqı. Amma belə olduğuna inanmıram, NEMƏTİNİ PƏNAH apardığı heç bir hakimiyyətdə tapa bilməyən birinin bu strateji ağıla sahib olduğunu düşünəcək qədər xəyalpərəst deyilik.

İndi ahıl yaşlarında olan bu “qoca uşaq” quyuya bir daş atıb, nə etməli? Elçibəyin özü də həyatda olsaydı daşı quyudan çıxartmaz, sakitcə yoluna davam edərdi. Zatən, bu günə qədər Elçibəyin karvanı səmtə baxıb o qədər daş atan, əcaib səs çıxardanlar olub ki, Nemət Pənahlı da olsun onlardan biri…

Nemət Pənahlı isə unutmasın, Elçibəy elə bir peyğəmbəranə şəxsiyyətdir ki, kiçiklərin atdığı daşlar sonunda özlərinə başdaşı olub.
Qəzan mübarək! Ölümünə xoş gəldin!

Başdaşın isə Ramiz Rövşən demiş, göydən düşəcək və sən o daşı tanıyacaqsan. Özün atmışdım axı….

 

www.yenicag.az

1949
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv