yenicag.az
yenicag.az

“Nemət Pənahlı Surət Hüseynovun qəbuluna düşmək üçün saqqalını qırxmışdı”

“Nemət Pənahlı Surət Hüseynovun qəbuluna düşmək üçün saqqalını qırxmışdı”

Müəllif: Redaktor

Editor

1463125361_1463124361_14631238621993-cü ilin iyununda Gəncədə baş verən qiyamın ildönümü ərəfəsində eks-prezident Əbülfəz Elçibəyə qarşı irəli sürülən ittihamlar onun tərəfdarları tərəfindən cavablandırılır, rədd edilir və qarşı tərəfə ciddi suallar edilir.

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının təhqirləri ilə müşayiət olunan anti-Elçibəy çıxışlara yenidən cavablar verilib.

Teleqraf.com xəbər verir ki, son günə qədər Əbülfəz Elçibəyin köməkçisi olan Oqtay Qasımov Feysbuk şəbəkəsində növbəti dəfə bu məsələyə münasibətini ifadə edib: “Rəhmətlik Ədalət Rəhimli 1994-cü ildə Milli Məclisdə Nemət adlanan bu tipin adını dəqiq söyləmişdi: Padşah sarayındakı təlxək. 2000-ci ildə Nemət deyilən bu tipə cavabını almadığım sualları təkrar ünvanlayıram:

1.1988-ci il, 4 dekabr gecəsi meydan rus ordusu tərəfindən dağıdılanda insanları buraxıb kimin maşınında meydandan qaçdın?

2. Gəncə qiyamı vaxtı Azərbaycan dövlətinə xəyanət edib Surət Hüseynovun yanına gedib qəbuluna düşmək üçün saqqalını niyə qırxdın?

3.1996-cı ilın payızında Kələkiyə elçi göndərib Elçibəyin liderliyini etiraf və əməkdaşlıq təklif edən kim idi?”

Siyasət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti