!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neoimperialist dövlətlər üçün əsas olan öz maraqlarıdır” – Politoloq

!Reklam – Yazi

15401287_834243780052260_1449504259_n“Sözdə sülhdən danışıb, dünyanı silahlandırırlar”

Böyük dövlətlər beynəlxalq silah bazarının əsas iştirakçıları olaraq, qalırlar.

Yeniçağ.Az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutu qlobal silah bazarındakı mövcud vəziyyətə dair növbəti hesabatını açıqlayıb.

Sənəddə qeyd olunur ki, ABŞ beynəlxalq silah bazarının əsas payçısı kimi öz mövqeyini qoruyub. Məlumata görə, ABŞ-ın müdafiə şirkətləri 2015-ci ildə 209,7 milyard dollar həcmində silah satışı həyata keçiriblər. ABŞ-ın silah bazarındakı payı 56,6% faiz təşkil edib. Silah bazarında 2-ci yerdə qərarlaşan Böyük Britaniyanın payı 10,6% olub. Növbəti yerləri bölüşən ölkələrin göstəriciləri isə aşağıdakı kimi müəyyənləşib: Rusiya – 8,1%, Fransa – 5,8%, digər Avropa ölkələri – 7,9%. Çinin beynəlxalq silah bazarında əhəmiyyətli pay sahibi olmasına baxmayaraq, bu ölkənin öz silah istehsalı ilə bağlı məlumatları məxfi saxlaması səbəbindən, onun silah ticarətinin həcminə dair informasiya əldə etmək mümkün olmayıb.

Göründüyü kimi, qlobal silah bazarının əsas pay sahibləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr, başqa sözlə, dünyada sabitliyin qarantı kimi çıxış edən dövlətlərdir. Ancaq haqqında danışılan hesabat göstərir ki, həmin ölkələr dünyadakı sabitliyi özlərinin silah satışından asılı olduğu qənaətindədirlər və silahlanma yarışını səngitməyi düşünmürlər.

Bu təzadı Yeniçağ.Az-a şərh edən politoloq Araz Aslanlının fikrincə, böyük dövlətlərin bütün siyasətləri kimi, silah satışı da onların maraqlarının təmin olunmasına yönəlib:

“Bu təzad ümumiyyətlə beynəlxalq münasibətlərə, bütövlükdə dünyaya, konkret olaraq müxtəlif problemlərə dəyərlər prizmasından baxılmamasından qaynaqlanır. Təbii ki, dünyada hər şey dəyərlər üzərində qurulmayıb. İdealizm (liberalizm) beynəlxalq münasibətlərdə daha az tərəfdara malikdir. Əksinə, beynəlxalq münasibətləri güc mübarizəsi kimi görən realistlərin tərəfdarları daha çoxdur. Amma yənə də insanların əksəriyyəti gözləyir ki, müəyyən minimum müsbət dəyərlər baza kimi qəbul edilsin. Sülhün ali dəyər olmasına heç kimin şübhəsi yoxdur. İkinci dünya mübaribəsindən sonra bəşəriyyət yeni qlobal müharibənin necə ağır nəticələr yarada biləcəyini tam olaraq proqnozlaşdırmaqda belə acizdir. Amma həddindən artıq silahlanmanın ümumilikdə bəşəriyyəti məhv olmaq riskiylə qarşı-qarşıya qoyacağı aydın olduğu halda, böyük güclərin əksəriyyəti maddi bazalarının əsas hissəsini silahlanma yarışına, yeni silahların ixtirasına və istehsalına xərcləyirlər. Xüsusilə kütləvi qırğın silahlarının istehsalı ilə bağlı rəqabət daha faciəvi xakakterə malikdir.

Bütün bunlar onu göstərir ki, hətta mövcud beynəlxalq münasibətlər sistemini quranlar, yəni əsasən İkinci dünya müharibəsinin qalib dövlətləri belə neoimperialist maraqlarını daha öndə tuturlar, nəinki ümumbəşəri maraqları. Bunu ümumi silahlanma yarışından da, ayrı-ayrı münaqişə bölgələrinə ədalətli olmayan yanaşmalardan da görmək mümkündür. Münaqişə tərəflərinə elə silah satılır ki, ədalət, hüquq təmin edilməsin. Münaqişə davam etsin və silah satılsın”.

Yeniçağ.Az

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv