!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəqliyyat Nazirliyinin işçisi sərxoş halda tutuldu-Foto

!Reklam – Yazi

7698-300x142Sentyabrın 5-də, gecə yarısı Bakıda yol polisi əməkdaşları sərxoş sürücü saxlayıb. Sürücü əvvəlcə yol polisinə tabe olmaq istəməsə də, süni maneə yaradılaraq dayandırılıb.

«Daewoo» markalı avtomobildən düşərkən ayaq üstə güclə dayanan gənc sürücü özünü Nəqliyyat Nazirliyinin əməkdaşı kimi təqdim edib və heç bir sənəd təqdim etməyib. O, sərxoş olduğunu da etiraf edib. Bir qədər sonra isə sürücü yol polislərinə yalnız şəxsiyyət vəsiqəsini təqdim edərək başqa sənədi olmadığını deyib. Yol polislərinin yerindəcə apardığı araşdırmalardan məlum olub ki, həmin şəxs bundan bir neçə ay əvvəl də sərxoş vəziyyətdə saxlanıldığı üçün onun sürücülük hüququ məhdudlaşdırılıb. Yəni, hazırda sürücülük hüququ olmadan və sərxoş halda avtomobil idarə edir.

Sürücü yol polislərini tabe olmamasını onunla əsaslandırıb ki, maşında başqa sərnişin də olub. O, həmin sərnişini yola salmaq üçün köməyə maşın çağırıb. Bir qədər sonra isə hadisə yerinə üzərində Nəqliyyat Nazirliyi yazılmış 3 avtomobil yaxınlaşıb. Nəqliyyat müfəttişi geyimində olan bir nəfər sərxoş halda saxlanılan sürücüyə yaxınlaşaraq onu sakitləşdirməyə çalışıb. Həmin sürücü isə öz maşınındakı sərnişini Nəqliyyat Nazirliyinə məxsus avtomobilə mindirərək yola salıb. Yalnız bundan sonra həmin şəxs yol polisləri ilə birlikdə sərxoşluq dərəcəsini müəyyən etmək üçün tibbi müayinə mərkəzinə getməyə razı olub.

Aparılan araşdırmalar nəticəsində həmin sürücü ilə bağlı başqa maraqlı faktlar da ortaya çıxıb. Yeni görüntülər əldə etməyə çalışırıq və onları da təqdim edəcəyik(avtosfer.az).

 

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv