Nəriman Əliyev niyə tənqid olunur?

Nəriman Əliyev niyə tənqid olunur?

Müəllif: Baş Redaktor

Baş Redaktor

nerimaneliyevvNəriman Əliyevin öz seçiciləri ilə keçirdiyi görüşlər, onların qarşılaşdığı problemlərin həllində göstərmiş olduğu dəstək hər kəsə bəllidir

Azərbaycan Ordusunun aprelin 1-dən 5-nə qədər Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edərək şəhid olan əsgərləri ölkənin müxtəlif bölgələrində insan selinin əhatəsində son mənzilə yola salındılar. Bu döyüşlərdə Masallı rayonu da iki qəhrəman oğlunu şəhid verdi. Onlardan biri rayonun Kalinovka kənd sakini Nurlan Əsgərov, digəri isə Güllütəpə kəndindən olan Firdovsi Bağırzadədir. Hər iki şəhidimizin dəfni Masallı əhalisinin iştirakı ilə keçirilib. Şəhidlərimizin son mənzilə yola salınması ilə bağlı təşkil olunan vida mərasimlərində rayon, şəhər İcra Hakimiyyətlərinin rəhbərləri, millət vəkilləri yaxından iştirak edərək şəhidlərimiz qarşısında öz borclarını yerinə yetirdilər. Qəribə cəhət ondadır ki, Masallı rayonundan olan millət vəkilləri – Nəriman Əliyev, Elmira Axundova və Musa Qasımlı şəhidlərimizin mərasimlərində yaxından iştirak etmələrinə baxmayaraq, bəzi media orqanları yenə də özlərinin maraqları çərçivəsində hər üç millət vəkilinə qarşı təxribatçı məlumatlar yaymağı üstün tutdular. Sual olunur: görəsən niyə və hansı səbəbdən, xüsusilə də 70 saylı Masallı şəhər seçki dairəsindən millət vəkili seçilən Nəriman Əliyev bu medianın hədəfinə çevrilib?

Bir məsələni də diqqətinizə çatdıraq ki, Nəriman Əliyevin öz seçiciləri ilə keçirdiyi görüşlər, onların qarşılaşdığı problemlərin həllində göstərmiş olduğu dəstək hər kəsə bəllidir və Masalllı camaatının öz millət vəkilinin onlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi yönündə bu və ya digər şəkildə narazılıqları yoxdur. Amma bəzi “qələmunlar” isə görülən işləri, insanların qarşılaşdığı problemlərin həlli istiqamətində atılan addımları görməzliyə vurur və millət vəkilinin humanizim prinsiplərinə söykənən xidmətlərinin üzərindən xətt çəkməyə çalışırlar. Təssüflər olsun ki, belə qaralama kampaniyalarına bəzi üzdəniraqlar rəvac verirlər. Səbəbi isə aydındır…

Əslində belələrinin planlı şəkildə Nəriman Əliyevi hədəf seçməsinin arxasında özlərinin şəxsi maddi maraqları dayanır. Belə ki, Nəriman Əliyev mərasimdə və onların ailələrinə dəstək məsələsində öndə olsa da, onun şəhidlərin mərasimlərinə qatılmadığı iddia edilərək hay-həşir salınır.

Biz sadəcə olaraq belə qaralama kampaniyaları “ustaları”na çatdırmaq istəyirik ki, Nəriman Əliyev Milli Məclisin 125 millət vəkili içərisində öz seçiciləri ilə daha çox təmasda olan və onların qarşılaşdığı problemlərin həllinə can yandıran 30-40 millət vəkili sırasında yer alır. Elə rayon və şəhərlər var ki, o insalar bu günə kimi millət vəkilinin adını belə bilmirlər.
Bütün bunları yazmaqla məqsədimiz Nəriman Əliyevi müdafiə etmək deyil. Sadəcə demək istəyirik ki, qaralama kampaniyasına start verməzdən öncə o insanın gördüyü işləri araşdırmaq, önə çıxarmaq lazımdır. Bundan sonra isə onun haqqında mənfi, müsbət nəticəyə gəlmək öz işindir. /BÖLGƏXƏBƏR

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti