!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi ictimayyəti Ordumuzun qəhrəman əsgərlərinə dəstək nümayiş etdirir – FOTOLAR

!Reklam – Yazi

217eccb8-19a9-4b26-b460-cfb68f49b942Cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbiçilər hərbi hospitallarda müalicə olunurlar. Dövlətimiz tərəfindən yaralı əsgərlərin müalicəsi istiqamətində zəruri tədbirlər görülür, onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün tibb heyətləri gecə günduz əllərindən gələni əsirgəmirlər.

Bu döyüşlərdə qəhrəmancasına vuruşmuş hərbiçilərə, yaralı əsgərlərimizə dəstək olaraq Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ictimaiyyətinin iştirakı ilə qanvermə aksiyaları davam edir.
9 aprel 2016-cı il tarixində Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Nəsimi rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.

Nəsimi rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, Sağlam Ailə Tibb Mərkəzinin əməkdaşları, o cümlədən könüllü olaraq iştirak edən şəxslər qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu humanist xarakterli aksiyaya qoşulublar. Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər.

Qan vermə aksiyası, vətən uğrunda yaralananlar, qəza nəticəsində qan itirənlər, həmçinin hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan tədbirlərin davamıdır.

Aksiyada iştirak edenlər Azərbaycanın qəhrəman ,vətənsevər, cəsarətli, milli qürur və ləyaqətli əsgərləri ilə fəxr etdiklərini bildirrmişlər.

Aksiyada ümumilikdə 300-ə yaxın şəxsdən qan götürülüb. Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

www.yenicag.az

871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv