www.sinerjipro.net

SinerjiProWide
Reklam

f2d968b8-e43b-443f-9a45-18b11e22cc8eDiaspor Jurnalistləri Birliyinin “Orta məktəblərdə diaspor dərsləri” layihəsi davam edir. Növbəti dərs dekabrın 9-də Nəsimi rayonundakı 240 saylı tam orta məktəbdə keçirilib. Öncə 240 saylı məktəbin direktoru Esmira Məmmədova çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.

Daha sonra Xəzər dənizinin “Günəşli” yatağındakı yanğın hadisəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. DJB sədri Fuad Hüseynzadə bildirib ki, bu faciənin qurbanlarının xatirəsinin yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən də anılması diasporumuzun həmrəylik nümunəsidir.

Fuad Hüseynzadə “Orta məktəblərdə diaspor dərsləri” layihəsinin könüllü icra edildiyini və Azərbaycanda ilk dəfədir ki, belə bir layihənin keçirildiyini diqqətə çatdırıb: “Məqsədimiz siz şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirməkdir. Bilməliyik ki, dünya azərbaycanlılarının sayı 50 milyondan çoxdur”.

Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında məlumat verib.

Əbülfəz Şeydabəyovun sözlərinə görə, beynəlxalq müstəvidə güclü Azərbaycan, güclü diasporumuz deməkdir: “Xaricdəki soydaşlarımız Azərbaycanımızın bir parçasıdır: “Uzaq ölkələrdə azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəblərinin açılması və dolğun təbliğatın aparılması istiqamətində dayanmadan işlər görülməkdədir. Xaricdə yaşayan soydaşlarımız ilə mütəmadi işlərin aparılması zəruriliyi prioritet amilə çevrilib. Diasporla İş üzrə Dövlət Komitəsi qürbət ellərdə həmyerlilərimizin azərbaycanlı kimliyinin yaşadıqları toplumlar içərisində uğurla inteqrasiya etməsini hədəf alaraq, yeni formalaşan nəslin də Vətənlə sıx bağlantı qurmasını başlıca hədəf götürməkdədir”.
Çex-Azərbaycan İctimai Birliyinin sədri Əbdül Əliyev məqsəd və məramlarından danışıb: “Məqsədimiz Avropada yaşayan azərbaycanlıların və avropalıların ictimai təşkilatın bütün sahələri üzrə əhatə edən fəaliyyətlərini koordinasiya etməkdir. Eyni zamanda çex cəmiyyətində Azərbaycan maraqlarının qorunması və təbliği, o cümlədən ölkəmizə rəğbətin artırılması məqsədilə Çexiya Respublikasında təhsil alan və yaşayan soydaşlarımızın səfərbər və həmrəy olmasına dəstək olmaqdır”.

Əbdül Əliyev bildirib ki, qısa müddətdə təşkilat tərəfindən bir neçə layihə həyata keçirilib.
Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə təşkilatın gördüyü işlərdən danışıb: “Diaspor Jurnalistləri Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi yaradılıb. Az müddətdə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında ölkə daxilində 2, xaricdə isə 3 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20 nüfuzlu mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib.”
Siyavuş Əmirli deyib ki, Azərbaycan diasporu bu gün mütəşəkkil gücə çevrilib.

Diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.
Nəzərə çatdıraq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.

DJB-nin Mətbuat xidməti

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 122
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."