!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi rayon tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

!Reklam – Yazi

8ddfc058-47a8-44c7-907f-35b040433e3214 iyun 2016-cı il tarixdə Nəsimi rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olunmuşdur.

Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektiv tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, iştirakçıların yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər.

«Son zəng» tədbirinin keçirildiyi 35 saylı tam orta məktəb 2012/2013-cü tədris ilinin yekunlarına görə «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin qalibi və məktəbin 3 müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında olmuşlar.

2011-ci ildə 35 saylı tam orta məktəb Dövlət Proqramına uyğun olaraq əsaslı təmir edilərək bütün lazımi avadanlıqlarla təchiz olunmuş, əlavə korpus və idman zalı tikilmişdir.
Bu il məktəbi 55 nəfər məzun bitirir.

Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan 35 saylı tam orta məktəbin direktoru Rəna Naibova məktəb kollektivinin uğurlarını qeyd edərək Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi.

Tədbirdə Milli Məclisin üzvü Fazil Mustafa, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.

«Son zəng» tədbirinin keçirildiyi digər 164 saylı tam orta məktəb öz ənənələri ilə seçilir. 164 saylı tam orta məktəb 2009/2010-cu tədris ilinin yekunlarına görə «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin qalibi adını qazanmış, məktəbin 11 müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında olmuşlar.
2011-ci ildə 164 saylı orta məktəb Dövlət Proqramına uyğun olaraq əsaslı təmir edilərək bütün lazımi avadanlıqlarla təchiz olunmuşdur.

Bu il məktəbi 86 nəfər məzun bitirir.
Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan 164 saylı tam orta məktəbin direktoru, Qabaqcıl təhsil işçisi Kəmalə Qədirova məktəb kollektivinin uğurlarını qeyd edərək Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb.

Tədbirdə Təhsil Şurasının Sədri Əjdər Ağayev, müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.

Bu məktəblərin “Son zəng” tədbirlərində iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyəti barədə danışmışdır.
Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir.
“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.

 

www.yenicag.az

1323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv