!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi rayonu 5N-li tam orta məktəbin şağirdləri Biləsuvarda

!Reklam – Yazi

fa1c0836-dbe0-48d9-9525-7433358c33d2Milli Qəhrəman Mübariz İbrahimov adina lisey-məktəb kompileksində

Nəsimi rayonu 5N-li tam orta məktəbdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə böyük önəm verilərək dövlətimizin tədris müəssisələri qarşısında qoyduğu tələblərə uyğun olaraq Xocalı soyqrımının 24-cü ildönümunun qeyd edilməsi istiqamətində fəaliyyət planına uyğun şagirdlərlə bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 24 fevral 2016-cı-il tarixdə “Xocalı soyqrımını tanıtma” ictimai birliyinin dəstəyi ilə Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimov adına lisey-məktəb kompileksində həyata keçirilən tədbir oldu. Belə ki, məktəbin direktoru Nərminə Gündüzlü başda olmaqla 5N-li tam orta məktəbin bir qrup şagirdləri “Xocalı adlı bir yurd vardı…” proqramı ilə liseyin qonağı oldular.

Məktəbin şagirdləri lisey ilə tanış olduqdan sonra 5N-li tam orta müəllimlərinin rəhbərliyi ilə programa uyğun olaraq liseyin 7-ci sinfində “Xocalı adlı bir yurd vardı…” motivasiya dərsini həyata keçirtdilər. Dərsdə şagirdlər qısa bir müddət ərzində Xocalı faciəsi haqqında aplikasiyalı rəsm yaradıb, mövzu ilə bağlı qoyulmuş sualları cavablandırdılar. Proqrama uyğun olaraq məktəb və lisey şagirdləri Biləsuvar şəhər Heydər Əliyev Mərkəzinin də qonağı oldular və Mərkəzin səhnəsində 5 N-li tam orta məktəbin pontamim teatrının üzvləri Xocalı soyqırımı ilə əlaqədar hazırladıqları “Yuxu, yoxsa …….” adlı tamaşasını nümayiş etdirdilər.

Görüşdə iştirak edən Biləsuvar Gənclər və İdman İdarəsinin rəisi Akşin Bağırov,yerli İcra hakiiyyətinin , Heydər Əliyev Mərkəzinin əməkdaşları, “Xocalı Soyqrımını Tanıtma” ictimai birliyinin nümayəndəsi Zamin Əliyev, həmçinin məktəb-lisey kompleksinin direktoru Bəhruz Əliyev tamaşanı və şagirdlərin fəallığını yüksək qiymətləndirdilər. Sonda 5 N-li tam orta məktəbin direktoru Nərminə Gündüzlü liseyə həmin məktəbin gənc rəssamı Zəhra Məmmədovanın “Xocalım” adlı rəsm əsərini hədiyyə edib, “Xocalı adlı bir yurd vardı…..” motivasiya dərsinin iştirakçılarına isə məktəb tərəfindən xüsusi hazırlanmış “İştirakçı sertifikatları”nı təqdim etdi.

www.yenicag.az

1396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv