Nəsimi rayonunda 2016-cı ilin I rübünün yekunları müzakirə olunmuşdur

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, bələdiyyə üzvlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir.
Hesabat dövründə rayonda 124000.0 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 26 faizi məhsul istehsalının, 74 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
Sənayenin dövlət sektorunda 39804.0 min manatlıq və ya ümumi istehsalın 32.1 faizi qədər, qeyri-dövlət sektorunda isə 84196.0 min manatlıq və ya ümumi istehsalın 67.9 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehlakçılara 126310.0 min manatlıq və ya bütün sənaye istehsalının 101.9 faizi qədər sənaye məhsulu göndərilmişdir.
2016-ci il aprelin ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 4120.0 min manat olmuşdur. Yanvar-mart aylarında istehlakçılara 126310.0 min manatlıq məhsul göndərilmişdir
2016-cı ilin yanvar-mart aylarında rayonun sənaye müəssisələrində işçilən sayı 10904 nəfər olmuş, orta aylıq əmək haqqı isə 727.5 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12.9 faiz çox olmuşdur.
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 14500.0 min manatlıq rabitə xidməti göstərilmişdir. Xidmətlərin 94.5 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən gösdərilmişdir.
2016-cı ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 25600.0 min manatlıq xidmətlər göstərilmişdir.
2016-cı ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 207469.1 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 57.8 faiz çoxdur.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 128730.0 min manat (62.0 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 78739.1 min manat (38 faiz) sərmayə yönəltmişlər.
2016-cı ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyadan 206127.2 min manatı tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 59.5 faiz çox olmuşdur.
2016-cı ilin yanvar-mart aylarında podratçı təşkilatların gördükləri işlərin həcmi 111803.8 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.8 faiz artmışdır. Podratçı təşkilatların gördükləri cari təmir işləri 2722.7 min manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.7 dəfə artmış, (yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrlə yenidən təchiz etmə) 104641.2 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə 11.0 faiz, əsaslı təmir üzrə yerinə yetirilən işin həcmi 739.5 min manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.2 faiz artmışdır.
2016-cı ilin aprel ayının 1-i vəziyyətinə rayon üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı 1164 nəfər olmuşdur ki, bunlardan 332-i qadın, 832-ı kişidir. Dekabr ayında işsizliyə görə müavinət alanların sayı 62 nəfər, işsizliyə görə müavinət alanlara hesablanmş orta aylıq müavinət məbləği isə 362.6 manat olmuşlur. İşçi qüvvəsinə təlabat (01 aprel 2016-cı il vəziyyətinə) rayon üzrə 524 nəfərdir, onlardan144 nəfəri fəhlələrdir.
2016-cı ilin I rübündə 990 yeni iş yerləri açılmışdır. Onlardan hamısı daimi yerlərdir.
2016-cı ilin yanvar-mart aylarında rayonda 540 nəfərin doğumu və 283 nəfərin ölümü qeydə alınmışdır. Cari ildə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı eyni səviyyədə qalmışdır.
Rayonda 2016-cı ilin yanvar-mart aylarında 160 nikah və 101 boşanma qeydə alınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.8-dən 2.9-a, boşanmaların sayı isə 2.0-dən 1.9-a enmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 Yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən cari ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq ərazidə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında müzakirə olunmuş, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir.
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılmışdır. Rayonun yerli icra hakimiyyəti strukturlarının, o cümlədən Məşğulluq Mərkəzinin, Sosial Müdafiə Fondunun, Sosial Müdafiə Mərkəzinin rayon şöbələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri qərərgahın tərkibinə daxil edilmiş, qaynar xətt xidməti təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflər hazırlanmış, yeni iş yerlərinin yaradılması və hazırda sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirir.
Rayonun 9 imtiyazlı ailəsinə Dövlət qayğısı cərcivəsində yeni mənzillər ayrılmışdır. Onlardan Gözdən əlil – 4 ailə, 20 Yanvar əlili – 2 ailə, Qarabağ əlili 2 ailə, şəhid ailəsi 1 ailə.
Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar ayında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİH Başçısının sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Нясими rayon İdarəsi tərəfindən gənclərin ilkin hədbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfinfən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
2016-cı ilin 1-ci rübü ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
İlin birinci rübü ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 511 ərizə və müraciəti daxil olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanını rəhbər tutaraq, rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə Apellyasiya Şurası yaradılmışdır.
Hesabat dövrü ərzində rayonun bir çox küçələrində səki kənarlarına yeni bordyurların qoyulması, səkilərin təmiri və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılmışdır. Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, bir sıra binaların dam örtüyündə təmir işləri aparılmış, su və kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülmüşdür. Nəsimi rayonunun xidmət idarələri tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirillmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
Hesabat dövründə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir.
Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Möhtərəm Prezidentin Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən son illərdə digər sahələrdə olduğu kimi Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Bu işlər Bakı şəhərinin mərkəzi rayonlarından olan Nəsimi rayonunda da geniş həyata keçirilir.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2016-cı il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müvafiq qurumların da cəlb olunması ilə rayonda tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur.
Tibbi müayinələrin başlandığı fevral ayının 15-dən aprel ayının 1-dək olan müddət ərzində rayon üzrə 55402 nəfər müayinələrdən keçmişdir. Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüş, onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur.
Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən “N” saylı hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti təşkil olunmuşdur. Bayram tədbirləri Silahlı Qüvvələri Baş Klinik Hospitalında da keçirilmişdir. Müxtəlif bayramlarla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilmiş, ümumilikdə isə 3 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 3000 nəfərdən artıq olmuşdur. İclasda Nəsimi rayon Məşğulluq mərkəzinin direktoru Emin Mahmudov, Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Gülnarə Salahova, Nəsimi rayon MKTB-nin rəisi Elman Yəhyayev, 20 saylı poliklinikanın baş həkimi Tamerlan İsmayılov və başqaları çıxış etmişlər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur. Milli Məcsilin üzvləri Məlahət İbrahim qızı və Asim Mollazadə yığıncağın işində iştirak etmişlər.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır