Nəsimi rayonunda 22 noyabr Ədliyyə İşçiləri günü qeyd edildi

Nəsimi rayonunda 22 noyabr Ədliyyə İşçiləri günü qeyd edildi

Müəllif: Redaktor

Editor

unnamed-122 noyabr Ədliyyə işçiləri günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Qeydiyyat şöbəsi ilə birlikdə Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində tədbir keçirmiş və buradakı uşaqlara doğum haqqında şəhadətnamələr təqdim edilmişdir.

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi 2015-ci ildə Heydər Əliyev Fondunun tərəfindən əsaslı təmir olunmuş, burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün hər cür şərait yaradılmışdır. Hal hazırda bu körpələr evində valideyn himayəsindən məhrum olmuş 56 nəfər uşaq yaşayır.

Nəsimi rayon Qeydiyyat şöbəsindən gələn qonaqlar körpələr evindəki valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşmüş, onların vəziyyəti ilə maraqlanmış, uşaqlara hədiyyələr təqdim edilmişdir. Şən klounlar burada yaşayan uşaqların sevincinə səbəb olmuş, klounlar uşaqları əyləndirmiş və birlikdə maraqlı oyunlar keçirmişlər.
Tədbirdə iştirak edənlər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva , Nəsimi rayon Qeydiyyat şöbəsinin müdiri Aynur Sabitova və Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evinin baş həkimi Nəhayət Əliyeva Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Millət Vəkili Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.

01 (2).JPG görüntüleniyor

01 (70).JPG görüntüleniyor01 (173).JPG görüntüleniyor

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti