www.sinerjipro.net

SinerjiProWide

Nəsimi rayonunda “Aprel döyüşləri dərsləri” davam edir

Reklam

Aprel döyüşləri – hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblilərinin iştirakı ilə növbəti “Aprel döyüşləri dərsləri” keçirilmişdir.

Dərsi giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışmışdır.2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Anar Tağıyev Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən “Aprel göyüşləri dərsləri” nin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə, qəhrəmanlıq tariximizin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildirdi.

Daha sonra 54 saylı məktəbin tarix müəllimi Zeynal Qasımovun təqdimatında Aprel döyüşləri dərsinə başlanıldı. Z.Qasımov hazırladığı slaytla Qarabağ müharibəsi və 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından, bu yüksəkliyin azad edilməsinin strateji əhəmiyyəti barədə məktəblilərə məlumat verdi.
“Qarabağ həqiqətləri tarixi” İctimai Araşdırmalar Birliyinin sədri Əlövsət Qasımov məktəblilər qarşısında çıxış edərək Qarabağ müharibəsi zamanı mənfur ermənilərin Qarabağda dinc əhalinin başına gətirdiyi işgəncələrdən danışmış, iştirak etdiyi döyüşlər haqqında məktəblilərə məlumat vermişdir. Bildirdi ki, Aprel döyüşləri zamanı Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur.

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili Azər Quliyev Qarabağ müharibəsi zamanı iştirak etdiyi döyüşlərdən, bu müharibə zamanı Azərbaycan oğullarının şücaətindən danışmış, əmin olduğunu bildirmişdir ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."