!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi rayonunun orta məktəblərində “Bilik günü” qeyd olunub

!Reklam – Yazi

Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr – «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır.

Yenicag.az xəbər verir ki, Nəsimi rayonundakı İ.Əfəndiyev adına Elitar Gimnaziyada yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninin şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır. Tədbiri açıq elan edən İ.Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru, əməkdar müəllim Sevda Quliyeva məktəbin tarixi barədə məlumat verərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2009-cu ildə Gimnaziya əsaslı təmir edilmiş və burada müasir təhsil üçün hər cür şərait yaradılmışdır.Məktəbdə 1645 şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. 2016-2017-cı tədris ilində Gimnaziyanı 63 şagird bitirmiş, bunlardan 25 nəfər məzun 500-dən, 14 nəfər isə 600-dən yuxarı bal toplamışdır.2017-2018-ci tədris ilində məktəbin 1-ci siniflərində 260 şagird təhsil alacaq. Sevda Quliyeva təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirmişdir.

1 saylı tam orta məktəbdə “Bilik günü”nə həsr edilmiş tədbir Azərbaycan Dövlət himninin şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır. Tədbirdə çıxış edən məktəbin direktoru, Qabaqcil təhsil işçisi Elida Rzayeva bildirmişdir ki, 2012-ci ildə məktəb əsaslı təmir edilmiş və burada müasir təhsil üçün hər cür şərait yaradılmışdır.Məktəbdə 800 şagirdin təhsili ilə 72 müəllim məşğul olur. 2016-2017-ci tədris ilinin yekunlarına görə 62 məzunun 34 nəfəri ali məktəblərə qəbul olmuşdur. 2017-2018-ci tədris ilində məktəbin 1-ci siniflərində 111 şagird təhsil alacaq. Elida Rzayeva məktəbin kollektivi və valideynlər adından təhsilə olan diqqət və qayğıya görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirmişdir.

«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblərin kollektivlərini, şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının artırılması, hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət almışdır. Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub.

Asif Əsgərov bildirdi ki, sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. 1927-ci ildən fəaliyyət göstərən məktəbdə əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. 900 şagirdin təhsil aldığı məktəbin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, ölkədə bütün sosial təbəqələrə aid vətəndaşların təhsil almaları üçün yaradılan şəraiti aydın nümayiş etdirir.

Daha sonra bildirdi ki, sentyabrın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

1968-ci ildən fəaliyyət göstərən bu bağçada 2007-2008-ci illərdə cari təmir işləri aparılsa da bu müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. 225 uşaq yerlik müəssisə azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edir. Körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Üçkorpuslu məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb. Uşaqların maraqları nəzərə alınaraq bağçanın gözoxşayan həyəti, xüsusi istirahət guşələri var. Burada da yenidənqurma işləri aparılıb, müasir uşaq əyləncə qurğuları quraşdırılıb.

Məktəblərimizdə təhsilin səviyyəsi,burada şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri ilbəil çoxalır. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirmişdir ki, 2016-2017-ci tədris ilində rayonun orta məktəblərini 1685 nəfər şagird bitirmiş, onlardan 1206 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 327 nəfəri 500-dən, 82 nəfəri 600-dən, 24 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 234 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 111 saylı tam orta məktəbin məzunu Hüseynova İlhamə Ramil qızı 700 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. 2016-2017-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 2 məzun qızıl medala, 2 nəfər tələbə adını qazanmış məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.

Məktəblərin şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçmiş, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

www.yenicag.az

2002
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv