!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimidə 2015-ci ilin yekunları müzakirə olunub-Fotolar

!Reklam – Yazi

????????????????????????????????????

Paytaxtın mərkəzi rayonu olan Nəsimi rayonunda 2015-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2016-cı il üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Hesabat yığıncağında məruzə ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, 2015-ci il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.

Qeyd olunmuşdur ki, 2015-ci ildə Nəsimi rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş vermiş, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 427 milyon 500 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 18 % çox məhsul istehsal edilmiş, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 370,9 milyon manatlıq nəqliyyat xidmətləri göstərilmişdir.
2015-ci ildə rayondakı rabitə müəssisələri tərəfindən 55,9 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 7,1 % çox rabitə xidmətləri göstərilmişdir. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 790,7 milyon manat olmuşdur ki bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,8 % çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 670,3 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 5,1 % çoxdur.

Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 639,1 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 0,6 % çox istehlak malları satılmış, 36,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,1 % çox iaşə xidmətləri göstərilmişdir.

2015-ci ildə Nəsimi rayonunda çalışan işçilərin sayı 145710 nəfər, orta aylıq əmək haqqının məbləği isə 522,1 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 4,5 % çoxdur. 2015-ci ildə rayonda hamısı daimi olmaqla 3229 yeni iş yeri açılmışdır.

Respublikamızın hər yerində olduğu kimi Bakı şəhəri Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişafı, əhalinin rifah halının daha da yüksəlməsi təmin edilmiş, dinamik artım templəri üstünlük təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nəsimi rayonunda aparılan abadlıq və quruculuq işləri üzrə layihələrin icrası ilə bağlı tədbirlərdə şəxsən iştirakı rayonun həyatını daha əlamətdar etmişdir.

2015-ci il aprel ayının 22-də Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
İnşasına 1977-ci ildə başlanan bu idman qurğusu 1990-cı ildə istifadəyə verilib. Əvvəllər binada belə yüksək səviyyədə əsaslı təmir işləri aparılmayıb. Təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənib. Tac şəkilli olan fasad xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadı bədii tərtibatda işıqlandırmaq üçün müxtəlif rəngdə xüsusi lampalar və procektorlar quraşdırılıb, avtomat idarəetmə mərkəzi yaradılıb. Dövlətimizin başçısı və xanımı bu idman qurğusunda aparılan əsaslı təmir işlərinin gedişi ilə dəfələrlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini veriblər.

2015-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvari,Cavadxan,Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Pişəvari, Cavadxan, Hüseyn Seyidzadə küçələrində ümumilikdə 300 min kvadratmetrə yaxın sahəyə asfalt döşənmiş, yol işarələri ikikomponentli yüksək keyfiyyətli boyalarla rənglənib. Pişəvəri küçəsi ikiistiqamətli və dördzolaqlı olmaqla genişləndirilərək əsaslı şəkildə yenidən qurulub. Küçə boyu səkilər tamamilə yenilənib, ən müasir işıqlandırma sistemi quraşdırılıb, yeni yaşıllıq zolaqları salınıb. Heydər məscidinə gedən küçələrin hamısında abadlıq və yenidənqurma işləri həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 10-da Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.Görülən işlərlə bağlı dövlətimizin başçısına bildirmişdir ki, təhsil ocağının binası 1963-cü ildə istifadəyə verilib. Dövlətimizin başçısına Texniki-Humanitar Liseyin şagirdləri üçün nəzərdə tutulan məktəbli formaları və çantalar barədə də məlumat verilmiş və bildirilmişdir ki, bu ildən tətbiq olunacaq bu formalar şagirdlərin rahatlığı nəzərə alınaraq hazırlanıb. Prezident İlham Əliyev siniflərdə yaradılan şəraitlə tanış olmuşdur. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının inkişafına xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.

Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınmasımərasimində iştirak etmişdir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Biləcəri-Sumqayıt dəmir yolu layihəsi ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat vermişdir. Bildirilmişdir ki, yolun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir. Stansiya və ayırma məntəqələrinin baş yolları üzərində 106 dəst yoldəyişən qurğu quraşdırılıb. Hazırda ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli “Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında da əsaslı təmir işləri aparılır. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub. Yeni qatarın ilk sərnişin bileti xatirə olaraq dövlətimizin başçısına təqdim edilmişdir.

2015-ci il may ayının 12-də Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva körpələr evinin Körpələr evinin yenidənqurmadan sonra açılışında iştirak etmişlər.
1930-cu ildə tikilmiş bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə təmir işləri aparılıb. Ötən ilin oktyabrında isə Fondun dəstəyi ilə binada əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Körpələr evinin binası tamamilə yenilənib, müasir havalandırma sistemi qurulub, su, qaz, işıq xətləri təzələnib, həyətyanı sahə abadlaşdırılıb. Mehriban Əliyeva körpələr evinin yataq, iaşə, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları ilə tanış olub. Mehriban Əliyeva müəssisədə səhiyyə xidmətinin təşkili, həmçinin uşaqların səhhəti ilə maraqlanıb. Birinci xanıma məlumat verilib ki, burada valideyn himayəsindən məhrum olan 3 yaşa qədər 44 uşaq böyüyür. Onlar müntəzəm sürətdə tibbi müayinədən keçirilir və hazırda səhhətlərində heç bir problem yoxdur. Körpələr evində ərzaq təminatı məsələsinə də toxunan Mehriban Əliyeva uşaqların vaxtında və sağlam qidalanmalarının vacibliyini vurğulayıb. Körpələr evində yaradılmış şəraitdən məmnun qalan Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva müəssisəyə avtomobil hədiyyə ediblər.
«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda Nəsimi rayonu ilə bağlı Proqrama daxil edilmiş tədbirlərin həyata keçirilməsi üçün rayonda bütün qüvvələr səfərbər olunmuş, bu istiqamətdə müvafiq işlər aparılır.
Odur ki, son illərdə xaricdən Bakıya gələn qonaqların hamısı Şərq və Qərb koloritinin, qədimliklə müasirliyin nadir formada əks olunduğu bu şəhərin gözəlliklərinə heyranlıqlarını gizlətmirlər. Onlar vurğulayırlar ki, Bakıda həyata keçirilən böyük tikinti-quruculuq işləri Azərbaycan paytaxtını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.

İl ərzində rayonun mərkəz hissəsində səkilərə dekorativ daş döşənmiş, magistral, məhəllədaxili və qəsəbədaxili küçə və yollarının da təmir-asfaltlaşdırılması işləri aparılmışdır.
2014-2015-ci tədris ilində rayonun orta məktəblərini 1532 nəfər bitirmiş, onlardan 1378 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 957 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplamışdır. 2014-2015-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 5 məzun qızıl medala layiq görülmüşdür. Məzunlardan 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuş, ali məktəblərə qəbul olunan 4 nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür. Bakı Türk Anadolu Liseyinin məzunu Məcidov Nurlan Namiq oğlu 700 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 02 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Nəsimi rayonundan 3 nəfər “Tərəqqi medalı” ilə ( Süleymanova Sevil Yəhya qızı – 23 saylı tam orta məktəbin müəllimi, Mirzəyeva Amalya Səyyad qızı 5 saylı tam orta məktəbin müəllimi və Tkaç Lyudmila Mixaylovna – Elitar Gimnaziyanın müəllimi) , 1 nəfər isə “Əməkdar müəllim” ( Həsənova Tamella Tosim qızı – 23 saylı tam orta məktəbin müəllimi) adına layiq görülmüşlər.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Ş.Ələkbərova adına 20 saylı musiqi məktəbinin direktoru Məmmədova Sevda İbrahim qızı Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə «Əməkdar müəllim » Fəxri adı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli sərəncamı ilə 54 və 240 nömrəli tam orta məktəblər keçirilmiş «Ən yaxşı məktəb» müsabiqəsinin, 5 nömrəli tam orta məktəbin müəllimiAbdullayeva Gülnarə Bəşir qızı, 16 nömrəli Texniki Humanitar Liseyin müəllimi Abidi Gülnarə Abusəməd qızı, 44 nömrəli tam orta məktəbin müəllimi Əliyeva Sahilə Vahid qızı, Bakı Slavyan Universitetinin nəzdində Məktəb-lisey kompleksinin müəllimləri Əlizadə Aynur Məmməd qızı, Şahbazov Rafət Məmmədəli oğlu, Elitar Gimnaziyanın müəllimi Məmmədova Zeynəb Əliqasım qızı, 23 nömrəli tam orta məktəbin müəllimi Nəcəfova Bikə Əliyulla qızı, 164 nömrəli tam orta məktəbin müəllimiAllahverdiyeva Afət İkram qızı 2014/2015-ci tədris ilində keçirilmiş «Ən yaxşı müəllim» müsabiqəsininqalibləri sırasinda olmuşlar.

İl ərzində həyata keçirilən işlərlə yanaşı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bir sıra maraqlı və yaddaqalan tədbirlər təşkil edilmişdir.

İl ərzində rayon Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun abadlaşdırılması, balansda olan bina və tikililərə xidmət göstərilməsi istiqamətində xeyli iş görülmüş, yeni qaz xətləri çəkilmiş, yarımstansiyalar, transformatorlar quraşdırılmış, sayğaclaşma aparılımış, bununla da rayon sakinlərinin elekrtik enerjisi və təbii qazla təminatında müsbət dəyişikliklər baş vermişdir.
Ötən il ərzində Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə – Ünvanlı Sosial Yardım almaq üçün 1165 ailə (4311 ailə üzvü) müraciət edib, orta hesabla hər bir ailəyə 151,90 manat sosial yardım təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsi ötən il ərzində tərəfindən23793 nəfər təqaüdçülərə 47 mln. 120 manat təqaüd və müavinət ödənilmişdir.
Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən 971 nəfər iş axtaran işə düzəldilmiş, onlardan 679 nəfər gənc işlə təmin olunmuş, 429 nəfər qadın, 59 nəfər məcburi köçkün və qaçqın işlə təmin olunmuşdur.

Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan sanitar-gigiyenik əksepidemik tədbirlər bir çox nəticəsində xəstəliklər qeydə alınmamış, bir sıra xəstəlikləri xəsləriklərin sayı azalmışdır.

Ötən il respublikamızda keçirilmiş V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Nəsimi rayon ictimaiyyəti yüksək fəallıq nümayiş etdirmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin hər birində yüksək mütəşəkkillik, şəffaflıq və obektivlik şəraitində keçirilmişdir.
Noyabr ayında «Aşura» mərasimi zamanı Hacı Əjdərbəy məscidində müxtəlif irsi xəstəlikdən əziyyət çəkən vətəndaşların ehtiyacları üçün qanvermə aksiyası təşkil olunaraq, ümumilikdə 340 nəfər könüllü qan vermişdir.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları 2015-ci il ərzində bütün subyektlər üzrə qeydə alınmış 1448 cinayətin 90 %-i və ya 1303-ü daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqa zidd əməllər olmuşdur ki, onların 193-ü ağır və xüsusilə ağır, 653-ü az ağır, 457-i isə böyük ictimai təhkükə törətməyən cinayətlər təşkil etmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi baş vermiş cinayətlərin sayı 37 fakt və ya 2,8 % azalmış, açılması 79,1%, o cümlədən ağır və xüsusilə ağır növlərin açılması 77% təşkil etmişdir.
Adam oğurluğu, zorlama, dövlət və ya bələdiyyə əmlakı ilə bağlı cinayətlər, ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin hamısı açılmışdır. Prokurorluq orqanları ilə qarşılıqlı əlaqə nəticəsində keçmiş illərdən bağlı qalmış 27 cinayət açılmış, onlardan 12-i ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində 91 nəfərdən ibarət 38 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir ki, onlar tərəfindən törədilmiş 113 cinayət hadisəsinin açılması təmin edilmişdir.
Rayon ərazisində mülkiyyət əleyhinə 766 cinayət faktı qeydə alınmışdır ki, bu da ötən illə müqayisə də 17 fakt və yaxud 2,3% çox olmuşdur. Keçmiş illərdən bağlı qalmış, eləcə də 2015-ci il ərzində baş vermiş bu növ cinayətlərdən 532 və ya 73,8% -dən açılması təmin edilmiş, 189-u isə bağlı qalmışdır. Həmin cinayətlərdən 472 naməlum şəraitdə törədilmiş və açılması 65,2% təmin edilmişdir.
Göstərilən istiqamətdə həyata keçirilən ayrı-ayrı əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayəti törətmiş 18 nəfərdən ibarət 7 qrup, soyğunçuluq cinayəti törətmiş 23 nəfərdən ibarət 10 cinayətkar qrup yaxalanmış, törətdikləri cinayət faktları sübüta yetirilərək istintaq orqanına təqdim edilmişlər. Əvvəllər cibgirlik cinayəti törətdiyinə görə məhkum olunmuş 34 nəfər yaxalanmış, ətraflarında keçirilən əməlliyyat-istintaq tədbirləri nəticəsində onlar tərəfindən 10 cibgirlik, 32 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin törədilməsi prosesual qaydada subuta yetirilmişdir.

Hesabat dövrü ərzində oğurluq, quldurluq, soyğunçuluq cinayətlərinə görə həbs olunmuş şəxlərdən yalnız 9-nun Nəsimi rayon sakini olması müəyyən edilmişdir.

İtkin düşdüyünə görə axtarılan 42 nəfərdən ibarət 27-nin, o cümlədən keçmiş illərdən axtarılan 2 nəfərin tapılması təmin olunmuşdur. Hazırda axtarışda qalan 15 nəfərdən yalnız 3-ü son 3 ildə itkin düşənlərdir. Digərləri 2001-2011-ci illərdə axtarış elan olunanlardır.
Transmilli mütəşəkkil cinayətkarlığın növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində İdarənin əməliyyat strukturları və ərazi polis bölmələri tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 150, o cümlədən satışla əlaqədar 36 cinayət aşkarlanmış, hesabat dövründə qanunsuz dövriyyədən 19 kq 803 qram narkotik vasitə çıxarılmışdır.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hesabat dövründə 4 ədəd odlu silah aşkar edilərək götürülmüşdür.

Mənzillərdən və obyektlərdən oğurluq hadisələrinin, digər hüquqazidd əməllərin qarşısının alınması məqsədi ilə mühafizə-siqnalizasiya vasitələrinin tətbiqinin zəruri ilə bağlı polis sahə rəisləri və polis sahə inspektorları tərəfindən əhali arasında aparılmış təbliğat işləri nəticəsində il ərzində vətəndaşlar tərəfindən Nəsimi Rayon mühafizəsi İdarəsinə 178 ərizə verilmiş, il ərzində 166 mənzil və obyektin mühafizəyə götürülməsi təmin edilmişdir

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin müvafiq Sərəncamına əsasən Dövlət Yol Polis Şöbəsinə ezam olunmuş Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 2015-ci il ərzində yolun hərəkət hissəsin piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən vətəndaşlar barəsində ümumilikdə 56700 protokol tərtib edilərək 1.134000 manat cərimə edilmişdir (dövlət büdcəsinə 5336.492 manat və ya 47,0% cərimənin ödənilməsi təmin edilmişdir.
2015-ci il ərzində keçirilmiş reydlər nəticəsində təhsildən yayınan, avaralıq və dilənçiliklə məşğul olan 356 yetkinlik yaşına çatmayan müəyyən edilərək etraflarında müvafiq tədbirlər görülmüş, onlardan 15-i profilaktik uçota götürülmüşdür. İl ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 31 cinayət hadisəsi törədilmişdir.

Görülmüş işlər nəticəsində 2015-ci il ərzində rayon ərazisində yaşayan 4739 nəfərə şəxsiyyət vəsiqəsi verilmiş, onlardan 2967 nəfəri 16 yaşına çatmamış, 1479 nəfəri isə 16 yaşdan yuxarı vətəndaşlar olmuşdur. 1095 nəfər vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, 2347 nəfər qeydiyyatdan çıxarılmışdır.

2015-ci il ərzində istintaq şöbəsinin müstəntiqlərinin icraatında 1469 cinayət işi olmuşdur ki, onlarında 482-nin istintaqı tamamlanaraq 410 ittiham akti ilə prokurorluğa göndərilmiş, 72-nin icraatına xitam verilmişdir. Vətəndaşlara dəymiş 754300 manat maddi ziyandan 669420 manatı və ya 88,7% ödətdirilmişdir.

DYPŞ-nin əməkdaşları tərəfindən Yol Hərəkəti haqqında qanun tələblərini pozan 11116 nəfər sürücü və 56.700 nəfər piyadaçı barələrində müvafiq tədbirlər görülmüş, 5 nəfər avtoxuliqanlıq edən şəxs müəyyən edilərək barələrində toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün adiyyəti üzrə məhkəmə orqanlarına göndərilmişdir.

Rayon ərazisində qeydiyyatdan keçən qaçqın və məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur.

Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlrdan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkədə əldə olunmuş nailiyyətlər və nəzərdə tutulmuş işlər barədə məlumat vermişdir.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Tədbirdə bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və “İlin məktəbi”, “İlin müəlimi” müsabiqəsinin qaliblərinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.

Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Məlahət İbrahimqızı, Asim Mollazadə, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, Heydər Əliyev Sarayının direktoru Fərhad Babayev, Heydər Əliyev İdman Arenasının direktoru Rafiq Behbudov və başqaları iştirak etmişlər.

www.yenicag.az

827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv