!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimidə Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünü qeyd edilib

!Reklam – Yazi

ccd654e1-7d91-4eda-ab5b-46b3999ac2adAzərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq 1969-cu ildə respublikamızda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb.

Nəsimi rayonunda Ulu öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 47 illiyi münasibəti ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev qeyd etmişdir ki, 47 il əvvəl – 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilmişdir. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Milli ideyalara xidmət sahəsində hər hansı əməli, yolverilməz sayıldığı bir dövrdə sovet rejiminin mövcudluğu şəraitində fəaliyyət son dərəcədə böyük cəsarət, inam və xalqına,vətəninə sədaqət tələb edirdi. Heydər Əliyevin 60-cı ilin ikinci yarısından etibarən gələcək ardıcıl siyasi xəttin təməlini təşkil edən fəaliyyəti, yeni mərhələdə müstəqil Azərbaycanın memarı və qurucusu kimi yeni ideyaların müəllifi və həyata keçirilməsinin təşkilatçısı olmasına əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayətində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi bir qabaqcıl respublikaya çevrildi. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin şəraitinin yaxşılaşdırılması üçün geniş miqyaslı mənzil tikintisi layihələri həyata keçirildi.

Tədbirdə qeyd edilmişdir ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Heydər Əliyev bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük starateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edənlər- “Azintur” ASC-nin sədri Aydın Heydərov, Rayon Veteranlar Şurasının sədri İsmayıl Fərəcov, rayon ziyalısı İmanverdi Həmidov və başqaları Ulu öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaratdığını qeyd etdilər.

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv