Ads by Google

hightechnic
Ads by Google

01-102Dünən Nəsimi rayonunda iftar süfrəsi təşkil olunub. İH-dən Yenicag.az-a daxil olan məlumata görə, rayonun 3-cü mikrorayon ərazisində təşkil olunan iftarda rəhbərlik və ictimaiyyət, dini icmaların nümayəndələri, rayon ərazisində yaşayan Qarabağ müharibə veteranları, əllilər, şəhid ailələri – ümumilikdə 400 nəfər iştirak edib.

İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Mərasimdə çıxış edən İcra Başçısı Asif Əsgərov Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayaraq qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir.

İftarda iştirak edənlər bu ayın fəzilətindən danışıb, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını çatdırıblar.

Nəsimidə iftar süfrəsi -  Fotolar
Nəsimidə iftar süfrəsi -  Fotolar
Nəsimidə iftar süfrəsi -  Fotolar
Nəsimidə iftar süfrəsi -  Fotolar
Nəsimidə iftar süfrəsi -  Fotolar
Nəsimidə iftar süfrəsi -  Fotolar
Nəsimidə iftar süfrəsi -  Fotolar

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 146
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."