Nəsimidə Qarabağ yığıncağı keçirilib – Fotolar

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

Nəsimi rayon İctimaiyyəti Azərbaycan Ordusunun Qarabağdakı Qələbələrindən hədsiz qürurlandıqlarını bildirdilər.

Aprel ayının 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən hadisələr, erməni silahlı birləşmələrinin təxribat xarakterli hücumları nəticəsində cəbhə bölgələrində vəziyyət xeyli gərginləşmiş, mülki əhali arasında ölən və yaralananlar olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş hərbi islahatlar nəticəsində regionun ən qüdrətli ordusuna çevrilmiş Azərbaycan Milli Ordusu düşmənə layiqli cavab verərək onlara sarsıdıcı zərbələr endirmiş, erməni silahlı qüvvələrinin xeyli sayda hərbi texnika və canlı qüvvəsini məhv etmişdir. Uğurlu hərbi əməliyyatlar nəticəsində bir sıra strateji əhəmiyyətli yüksəkliklər və yaşayış məntəqələri tam azad edilmş, ordumuzun daha əlverişli mövqelərdə qərar tutması təmin olunmuşdur.

Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından irəli gələn vəzifələrin icrası barədə yığıncaq keçirilmişdir.
Əvvəlcə yığıncaq iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş əsgərlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.

İclası giriş sözü ilə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Asif Əsgərov açaraq, yığıncaq iştirakçılarını salamlayaraq, bütün ölkə vətəndaşları kimi Nəsimi rayon ictimaiyyəti də ordumuzun uğurlu əməliyyatlarından böyük qürur hissi keçirdiyini, bu uğurların davam etdirilməsini və daha da genişləndirilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi islahatlar və iqtisadi inkişaf respublikamıza beynəlxalq aləmdə böyük nüfuz qazandırmış, ölkəmizin demokratik imici günbəgün möhkəmlənmiş və bu proses Silahlı Qüvvələrin ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurla davam etməkdədir.

Artıq bir necə gündür ki, bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.

Elə bunun nəticəsidir ki, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılmış, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunmuşdu.

Son günlərdə cəbhədə verdiyi böyük itkilərdən Ermənistan demək olar ki, sarsılıb. Erməni ordusu barədə yaradılmış mif alt-üst olub. İtkiləri barədə informasiyaları isə erməni ictimaiyyətindən maksimum şəkildə gizlədilir.

Bildirilmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş yalnız Ermənistan Silahlı Qüvvələrinə, ərazimizə soxulmuş düşmən əsgərlərinə, hərbi mövqelərə və obyektlərə qarşıdır. Biz mülki əhali ilə mübarizə aparmırıq. Ermənilər bu iddiaları dünya ictimaiyyətini, o cümlədən öz xalqını çaşdırmaq məqsədilə irəli sürürlər.

Sonra çıxış edənlər Milli Məclisin deputatları Ziyad Səmədzadə, Məlahət İbrahimqızı, Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Qarabağ müharibəsi veteranları, əliləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və müharibə əlili Əlişir Mirzəyev və digər çıxış edənlər Azərbaycan xalqının Vətənimizin müdafiəsi uğrunda, dövlətimizin başçısının ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunması üçün hər an Vətənə ləyaqətlə xidmət edəcəklərini bildirdilər.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə Nəsimi rayon ictimaiyyəti nümayəndələrinin müraciəti oxunmuşdur.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır