Ads by Google

hightechnic
Ads by Google

????????????????????????????????????

Ömrünü xalqımızın, dövlətimizin inkişafına və tərəqqisinə həsr edən Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlər Nəsimi rayonunda davam edir.

Nəsimi rayon ictimaiyyətinin, qarabağ əlilləri, şəhid ailələri, Çernobıl faciəsi və 20 yanvar hadisələri iştirakçıları, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranlarının, rayonun dini icmalarının rəhbərlərinin iştirakı ilə Ulu Öndərin əziz xatirəsinə ehsan süfrəsi verilmişdir.
Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müstəqil Azərbaycanın yaradıcısı, xalqımızın Ümümmilli Lideri Heydər Əliyev ideyalarının əbədi yaşayacağını, onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətçiliyin daha da möhkəmlənməsi, ölkəmizin və xalqımızın tərəqqisi, birliyi naminə həyata keçirdiyi ardıcıl tədbirləri qeyd etmiş, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması sahəsində Heydər Əliyev Fondunun misilsiz fəaliyyətini xüsusi ilə vurğulamışdır.

Tədbirdəki çıxışlarda Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edilərək, onun böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı xalqımıza miras qoyulduğu bildirilmişdir. Dindarlar Ulu Öndərin əziz xatirəsini dualarla yad etmişlər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 144
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."