!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib

!Reklam – Yazi

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək barədə qərar qəbul olunub. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.

Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir..

Yeri gəlmişkən, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər də davamlıdır.

Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi 2015-ci ildə Heydər Əliyev Fondunun tərəfindən əsaslı təmir olunmuş, orada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün hər cür şərait yaradılmışdır. 1iyun 2016-cı il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov 1 saylı Körpələr Evində olmuş, valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmiş, onların vəziyyəti ilə maraqlanmış, uşaqlara bayram hədiyyələri təqdim edilmişdir. Görüşdə iştirak edənlər Heydər Əliyev Fondunun Prezidenti,YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Millət Vəkili Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.

“1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə rayonun 11 və 268 nömrəli Xüsusi Məktəblərində təhsil alan fiziki cəhətdən qüsurlu uşaqların iştirakı ilə 268 saylı məktəbdə tədbir keçirilmişdir.

268 saylı xüsusi məktəb 1927-ci ildən fəaliyyət göstərir, 2003-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmişdir. Məktəbdə 879 nəfər fiziki qüsurlu uşaq təhsil alır. 11 saylı xüsusi məktəb isə 1947-ci ildən fəaliyyət göstərir. Bu məktəbdə 894 nəfər fiziki qüsurlu uşaq təhsil alır.
Tədbirdə əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə tamaşa edilmiş, rəngarəng əl işləri sərgiyə gələnlərdə xoş ovqat yaratmışdır. Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bayram tədbirində iştirak uşaqları salamlayaraq, “1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Tədbir zamanı hər iki məktəbdə təhsil alan fiziki qusurlu 9 nəfər uşağa TUSİAB tərəfindən əlil arabaları təqdim edilmişdir. 11 və 268 nömrəli Xüsusi Məktəblərində təhsil alan fiziki cəhətdən qüsurlu uşaqlar qonaqların qarşısında rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
Tədbirdə Milli Məclisin deputatı Kamran Nəbizadə, TUSİAB nümayəndələri Muhsin Sarıhan, Selcuk Düzgün, Məmmədəmin Asud və Nəsimi rayon ictimaiyyət nümayəndələri iştirak etmişdilər.
Tədbirlər planına uyğun olaraq rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, uşaq bağçalarında tərbiyə alan uşaqlar üçün Zorge parkında musiqili əyləncəli bayram şənliyi təşkil olunmuşdur.

Uşaqlar qarşısında çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulamışdır..
Qeyd olunmuşdur ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşlar.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir.

Tədbir zamanı LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzinin peşəkar psixoloqları tərəfindən ödənişsiz konsultasiyalar, art terapiya keçirilmişdir.

Parkda musiqiçilərin şən ifaları altında uşaqlar xeyli rəqs etmiş, yallı getmiş daha sonra isə öz məharətlərini göstərərək şer, mahnılarla həmyaşıdları qarşısında çıxış etmişlər.

Keçirilən bayram şənliyində iştirak edən nağıl qəhrəmanları və şən klounlar uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.
1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə rayon ərazisində yerləşən “KOALA” istirahət və əyləncə mərkəzində də uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlara nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar şən klounların iştirakı ilə parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.

.

www.yenicag.az

1485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv