Nəsimidə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər davam edir

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

Nəsimi rayonu 1 saylı tam orta məktəbdə rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildilmişdir.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov vurğuladı ki, son iki əsrdə erməni millətçi və ekstremist dairələri xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqları hesabına xəyali “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırım kimi cinayətlər törətmişlər.Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermişdir. Bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin təşkilatçısı özünü bütün dünyaya “əzabkeş və məzlum xalq” kimi təqdim edən vəhşi erməni millətçiləridir.XX əsrin ən dəhşətli faciəsi hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına Xocalı soyqırımı da əlavə olunmuşdu. Bu aksiyadanın müəllifləri Ermənistan və onların xaricdəki havadarlarıdır.

Natiq bildirmişdir ki, Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün siyasi-hüquqi qiymətini almış, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.
Xocalı soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməmişdir. Şübhəsiz ki, güclü dövləti olan Azərbaycan tezliklə bu ədalətsizliyi dəf edib öz haqqına çatacaq, Xocalı şəhəri azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, köçkünlər ata-baba yurdlarına dönəcəkdir.
Bu gün Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı döyüşlərində qəhrəmancasına həlak olmuş Milli Qəhrəman Aqil Quliyevin xatirəsi anılmış və şəhidin xatirə lövhəsi önünə gül dəstələri qoyulmuşdur.

Quliyev Aqil Sahib oğlu 1963-cü il sentyabr ayının 19-da Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulmuşdur.

1988-ci ildə ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edərkən onun da ailəsi bu təcavüzə məruz qalmışdır. Aqil ailəsini Bakıya gətirmiş, burada müvəqqəti sığınacaq tapmışdır.
Sonra Milli ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etmişdir. O, 45 nəfər döyüşçü ilə Ağdama göndərilmiş, rota komandiri təyin olunmuşdur. Aqil Quliyev ilk hərbi əməliyyatını Xocalıda həyata keçirmişdir. 1992-ci il fevral ayının 18-də ermənilər Rusiyaya məxsus 366-cı moto-atıcı alayın köməkliyi ilə Xocalı şəhərini mühasirəyə alıb atəşə tutduğu vaxt Aqilin komandirlik etdiyi rota onlara qarşı rəşadətlə vuruşmuş, onlarla qulduru məhv edə bilmişdilər. Amma cəsur komandir burada hər iki ayağından yaralanmışdır.

25 fevral 1992-ci ildə döyüşçü dostları onu təhlükəsiz yerə aparmaq istəyərkən xain düşmənin gülləsinə tuş gəlmiş və şəhid olmuşdur.

Quliyev Aqil Sahib oğlu ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır