Nəsimidə Yaşıl Marafon layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Müəllif: Redaktor

Editor

unnamed (3)Ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kompaniyası davam etdirilərək artıq ölkə miqyasında xeyli ağac və gül kolları əkilmişdir. Layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.

Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayon ictimaiyyəti nümayəndələri tərəfindən Ümimrespublika Yaşıl marafon layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirmişdir. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə rayon ərazisində böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunmuşdur.

İlk növbədə Nəsimi rayonunda abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, bura mineral gübrələr səpilmişdir. Burada əvvələlər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilmiş, biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac və gül kolları alınmışdır. Keçirilən aksiya zamanı ərazidə 2000 ədəd yeni ağac və parklarda yeni gül kolları əkilmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir.

Moskva pospekti, 20 yanvar və Asif Məhərrəmov küçələri boyunca yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Nəsimi rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur. Mövsüm ərzində rayonda bu kimi yaşıllaşdırma aksiyalarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır