www.sinerjipro.net

SinerjiProWide
Reklam

????????????????????????????????????

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan ardıcıl, daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar əldə edilir, irimiqyaslı layihələr, dövlət proqramları həyata keçirilir, xalqın rifahı durmadan yüksəlir, şəhərlərin siması dəyişərək gözəlləşir.

Bakı şəhərinin mərkəzi hissəsində yerləşən Nəsimi rayonu ərazisində əhalinin sıxlığını, çoxsaylı mərkəzi icra strukturlarının, təhsil və səhiyyə ocaqlarının, idman obyektlərinin, küçə və parkların, istirahət ocaqlarının və mehmanxanaların, digər ölkə əhəmiyyətli ifrastrukturların yerləşdiyini nəzərə alaraq sakinlərin, şəhərimizdəki qonaq və turistlərin Nəsimi rayonu ilə bağlı gözoxşayan təəsüratlarının yaranması üçün müvafiq tədbirlərin görülməsini zəruri edir.

Bununla bağlı olaraq Nəsimi rayonunda geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri vüsət almişdır. Rayonun Səməd Vurğun küçəsində, 20 yanvar küçəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin 9 mərtəbəli, Moskva prospekti 16 mərtəbəli yaşayış binalarının fasadları əsaslı təmir edilmişdir. Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmışdır. Rayonun A.Məhərrəmov, Cavadxan və M.Kazımovski küçələrindəki yaşayış binalarının həyətlərindəki özbaşına hasarlar sökülmüş, ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.

M.Kazımovski, 20 yanvar küçələri və Moskva prospekti boyunca yolun kənarında yeni qazon örtüyü salınmış, yaşıllaşdırma işləri aparılmışdır, yeni yaşıllıq zolaqları salınmış, gül-çiçək kolları əkilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 1 ha ərazisi olan parkda yaxın günlərdə əsaslı təmirə başlanması üçün hazırlıq işləri aparılır. Parkın ərazisində tamet və asfalt örtük döşənəcəkdir. Parkın ətrafındakı yaşayış binalarının fasadları əsaslı təmir olunaraq rənglənəcək, binaların girişlərinə dəmir kod qapılar qoyulacaq, bina girişlərinin pəncərələri yeniləri ilə əvəz olunacaqdır.
Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün seyrangah, skamya oturacaqları quraşdırılacaqdır. Həmçinin sakinlərin idmala məşğul olmaları üçün idman qurğuları, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydaçalar salınacaqdır. Parkın ərazisində yeni işıq dirəkləri quraşdırılacaqdır.

Bildiririk ki, rayonun Mir Cəlal küçəsində yerləşən park əsaslı təmir edilərək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə sakinlərin istifadəsinə verilmişdir.
1964-1967-ci illərdə tikilmiş binaların qarşısında yerləşən yararsız halda 3 ha sahədən ibarət park son 2 ay ərzində əsaslı təmir olunmuşdur. Parkın ətrafında yerləşən 22 binanın fasadı təmir olunmuş, ətrafında abadlıq işləri aparılmışdır. Binaların 126 eyvanı əsaslı yenidən qurulmuş, 74 eyvan isə təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
Binaların pəncərələri, giriş qapıları yenisi ilə əvəz olunmuş, yağış sularının axıtma sistemi (navalçalar, borular) yenisi ilə əvəz olunaraq, binanın yan fasad hissələri nəmişliyin qarşısının alınması məqsədilə yağış sularından qorunan İtaliya istehsalı olan betopan üzlükdən üzlənmişdir. Ümumilikdə 70.000 kv.m-dən çox fasad sahəsi rənglənmişdir.

Bu ərazidə 4 park yenidən əsaslı təmir olunmuşdur. Mir Cəlal küçəsi boyunca parkların yararsız vəziyyətə düşmüş ərazisi tam təmizlənərək torpaq təbəqəsi yenilənmiş, yaşıllıq zonası salınmışdır. Belə ki, 17000 kv.m qazon, 2500 gül kolu əkilmişdir. Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir. Parkın ərazisinə İtaliya istehsalı olan 2600 kv.m döşəmə daşı, 5000 kv.m metlax-kafel, 2200 kv.m aqlay döşənmişdir. Parkda fəvvarələr quraşdırılmış, yeni yaşıl örtüklü 33×16,5m ölçüdə stadion salınmışdır. Stadionda axşam oyunlarının da keçirilməsi üçün xüsusi işıqlandırma sistemi quraşdırılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün Türkiyə istehsalı olan 9 seyrangah, 60 ədəd skamya oturacaqları quraşdırılmışdır. Hər iki parkda sakinlərin idmanla məşğul olmaları üçün Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydançalar salınmışdır. Uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün 600 kv.m uşaq meydançaları yumşaq materiallarla döşənmişdir. 10000 kv.m sahəyə asfalt döşənmişdir. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmişdir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün 2 ictimai iaşə obyekti tikilmişdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 135
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."