Niderland radiosunda Azərbaycan haqqında söhbət

Müəllif: Redaktor

Editor

12346744_1211123585570388_1423780545_n (1)Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasov adıçəkilən ölkənin “Schouwen-Duiveland” radiosunda, jurnalist Wim de Valkın verilişində qonaq olub. “Connect”in sədri Vuqar Abbasovun verdiyi məlumata görə, təxminən 20 dəqiqə çəkən proqramda Azərbaycanın 1918 – ci ildə Şərqdə, müsəlman ölkələri içərisində ilk demokratik respublikanı qurmasından, 1920 – ci ildə bolşeviklərin Azərbaycanı işğalından başlamış bugünkü günümzə qədər qısa söhbət edilib: “Azərbaycanın Sovetlərdə qalmaq istəməməsini və 1988 – ci ildə mintinqlərin başlanmasını, 20 yanvar 1990 – cı ildə Sovet qoşunlarının ölkəmizdə insanları qırmasını, daha sonra Ermənistanla aramızda yaranmış problemi, Ermənistanın Rusiyanın köməkliyi ilə Dağlıq Qarabağı, ümumilikdə 20% torpaqlarımızı işğal etdiyini və bu günə qədər də torpaqlarımızın işğalda olduğunu dinləyicilərin diqqətinə çatdırdım. Bundan başqa, Azərbaycanda bütün din mənsublarının bərabər, dostluq içərisində yaşadığını, bu baxımdan ölkəmizdə heç bir problem olmadığını xüsusi vurğuladım. Azərbaycanın həm də turistlər üçün cəlbedici bir ölkə olduğuna da diqqət çəkdim. Yeni yaradılmış təşkilatımız, “Connect” barədə də söhbət etdik və iki ölkənin iş adamlarının görüşlərini təşkil etməyin də təşkilatımızın planlarına daxil olduğunu bildirdim. Mənə ayrılmış vaxtdan istifadə edərək həm Azərbaycan, həm də təşkilatımız barədə dinləyiciləri məlumatlandırmağa çalışdım. Sonda Wim de Valka Azərbaycan haqqında kitab bağışladım…”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir