!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Niderlandda yaşayan həmyerlimiz sədr seçildi

!Reklam – Yazi

0a3bc045-4172-49f9-8d9f-f55fad8cdb30Niderlandda yeni bir təşkilat yaradılıb və həmyerlimiz Vüqar Abbasov ora sədr seçilib. Bu barədə DJB-ə təşkilatın sədri Vüqar Abbasov özü məlumat verib. O, bildirib ki, son vaxtlar Avropaya, həmçinin Niderlanda çoxsaylı qaçqınların gəldiyi kimsəyə sirr deyil: “Buradakı aidiyyəti təşkilatlar onlara bacardıqları qədər yardım edirlər. Ancaq mən və həmkarım Wim van Embden və digər niderlandlı dostlarımız bura gələn qaçqınlara (artıq oturma izni olan insanlara) həm hüquqi, həm də mənəvi yardım etmək üçün təşkilat yaratmağa qərar verdik və yaratdıq. Təşkilatın adı “Connect”dir ki, bu da dilimizə tərcümə olunduqda “Birləşdirmək” anlamına gəlir. Məqsəd, yuxarıda da qeyd etdiyim kimi, müxtəlif tədbirlərin təşkili, qaçqınlara bacardıqca kömək etməkdir. Dostların təklifi ilə ilkin mərhələdə sədrliyə namizəd oldum və sədr seçildim. Təbii ki, mənim olduğum yerdə Azərbaycanın adı keçməyə bilməz. Odur ki, təşkilatın nizamnaməsində Azərbaycanla əməkdaşlığa xüsusi yer verilib. Bura bir çox sahələr daxildir; qarşılıqlı səfərlərin, tədbirlərin təşkili, Niderlandın iş adamları ilə Azərbaycanın iş adamları arasında əlaqələrin qurulması, jurnalistlər və yerli siyasət adamları ilə əməkdaşlıq, təhsil sahəsi və s. Həmçinin Niderland dilində internet qəzetin yaradılması da təşkilatın planlarına daxildir. Bütün bunları həyata keçirtmək üçün lazım olan vəsaiti əldə etmək yollarından biri kimi həm də təşkilatın biznes fəaliyyəti ilə məşğul olunması üçün müvafiq icazə alınıb. Təşkilatımızın mühasibinin və hüquqşünasının (Holland) bu sahədə təcrübəsi böyükdür və bu, məndə inam yaradır deyim ki, qarşımıza qoyduğumuz məqsədlərə çata biləcəyik. Tanrı utandırmasın…”.

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv