!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Niderlandda yerli iş adamlarına Azərbaycana yatırım imkanları təqdim olunub

!Reklam – Yazi

unnamed (6)Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatı ölkənin Zeeland bölgəsinin, Zierikzee şəhərində Azərbaycanın tanıtımına həsr olunmuş tədbir keçirib. Şəhərin kinoteatrlarından birində baş tutan tədbirdə Niderlandda nəşr olunan “Wereldregio” qəzetinin Baş redaktoru Aad van der Vouden aparılıcıq edib.

Niderlandda yaşayan həmyerlimiz, “Connect” təşkilatının sədri Vüqar Abbasov qonaqları salamlayaraq Schouwen Duiveland bələdiyyəsinin başçısı Xerard Rabelinkə söz verib və ona Azərbaycanla bağlı kitab hədiyyə edib. Bələdiyyə sədri öz növbəsində “Connect” təşkilatının fəaliyyətindən danışıb, bu təşkilatın gələcəkdə bir çox uğurlara imza atacağına inamını dilə gətirib.

Daha sonra “Connect” təşkilatının katibi Vim van Embden Azərbaycanla bağlı görüntülü təqdimat edib. Təqdimatda Azərbaycanın 1918-ci ildən bu günə kimi olan tarixinə qısa nəzər salınıb, 20 Yanvar faciəsi, Xocalı soyqırımı barədə məlumat verilib. Vim van Embden Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını paylaşıb, ölkəmizin gözəlliyindən, insanların qonaqpərvərliyindən, Azərbaycandakı tolerantlıqdan söhbət açıb. Təqdimatın ardınca Azərbaycan haqqında qısametrajlı sənədli film nümayiş etdirilib.

Daha sonra kiçik viktorina keçirilib. İştirakçılara Azərbaycana aid suallar verilib və cavabı düzgün tapanlara hədiyyə çekləri, Azərbaycan haqqında kitablar hədiyyə olunub. Azərbaycanın neçə faiz torpağının işğal olunması və işğal olunan ərazinin adı ilə bağlı xüsusi suala cavab verən iştirakçı isə əlavə olaraq kinoya bilet qazanıb.
Bundan sonra isə Niderlandda yaşayan soydaşımız, nəqliyyat və daşımaçılıq üzrə mütəxəssis Nurlan Ağayev təbdir iştirakçılarına Azərbaycan iqtisadiyyatı, buradakı sərmayə imkanları ilə bağlı görüntülü təqdimat edib. Təqdimat eyni zamanda Azərbaycanın turizm imkanlarını əhatə edib. Nurlan Ağayev Azərbaycanın sərmayədarlar üçün maraqlı, cəlbedici xüsusiyyətlərinə diqqəti çəkərək zalda olan iş adamlarını bu ölkəyə yatırım etməyə çağırıb. N.Ağayev eyni zamanda niderlandlıların turizmə marağını nəzərə alaraq Azərbaycanda turistlərin istirahəti üçün yaradılan imkanlardan da danışıb.

Tədbirin sonunda qonaqlara skripkada, milli musiqi alətlərimiz olan tarda, sazda canlı olaraq Azərbaycan musiqiləri təqdim olunub.

Tədbirdə yerli iş adamları, siyasi partiyaların təmsilçiləri, Schouwen Duiveland bələdiyyəsi ərazisində yaşayan soydaşlarımız və yerli media qurumlarının nümayəndələri iştirak edib.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv