!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Niderlandlı iş adamları Azərbaycana dəvət olunub

!Reklam – Yazi

6fe3af48-aa95-47dd-81eb-dbdeff45beb33-5 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində Dünya Azərbaycanlılarının IV qrultayı keçirildi. Qrultaya dünyanın 49 ölkəsindən 500 nəfər soydaşımız, 50 nəfər digər millətlərin nümayəndələri dəvət olunmuşdu. Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasov və təşkilatın katibi Vim van Embden də qrultayın işində iştirak edənlər arasında idilər. Niderlanda qayıtdıqdan sonra “Connect” in nümayəndələri ölkəmizlə bağlı fikirlərini Niderland mətbuatı ilə yerli oxuculara çatdırıblar. Bu günlərdə PZC qəzeti Vüqarın və Vimin fikirlərinə geniş yer verib. Həmən yazının qısa xülasəsini sizlərə təqdim edirik.

Yazıya Bakıda keçirilən Formula 1 yarışları ilə başlayan müəllif, niderlandlı Maks Verstappenin də bu yarışlarda iştirak etdiyinə diqqət çəkib. “Bakı, insanları möhtəşəmdir. Mən, gözlədiyimdən də artıq yüksək təəssüratla Azərbaycandan qayıtdım. Hava limanından başlanır bu gözəllik. Bulvarları çox gözəldir. İnsanları qonaqpərvər və diqqətçildirlər. Heç bir dini ayrı-seçkilik hiss etmədim. Təşkilatdakı azərbaycanlı həmkarımın, Vüqarın mənə danışdıqlarından daha üstün gördüm Bakını” – fikirləri Vimə məxsusdur və onun Azərbaycanla bağlı fikirləri yazının əsas xəttini təşkil edir. Daha sonra yazıda Azərbaycanda geniş biznes imkanlarının olduğuna toxunan Vim və Vüqar niderlandlı iş adamlarını bu ölkəyə sərmayə qoymağa çağırıblar.

Yazıda, eyni zamanda Qarabağ məsələsinə də toxunulub: “Qarabağ məsələsinə diqqət çəkmək təşkilatın əsas məqsədlərindən biridir. Niderland mətbuatı Qarabağı anklav ərazi adlandırırlar ki, bu, belə deyil. Qarabağın Azərbaycan ərazisi olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu deyir “Connect”in nümayəndələri. “Təsəvvür edin ki, Niderlandın bir hissəsini qonşu ölkələr işğal edib. O zaman sən təbii ki, digər ölkələrə tək Niderland güllərindən, klomplarından deyil, həm də ərazilərinin işğalda olduğundaan danışacaqsan. Odur ki, biz də təşkilat olaraq Qarabağ mövzusuna diqqət verməyi lazım bilirik”- deyə Vim van Embden əlavə edir.

Sonda Vüqar və Vim bir daha niderlandlı iş adamlarına müraciət edərək onları Azərbaycandakı iş şəraiti ilə daha yaxından tanış etməyə hazır olduqlarını bildiriblər. “Sizi mənim gözəl ölkəmlə, Azərbaycanla daha yaxından tanış olmağa dəvət edirəm” – deyə Vüqar əlavə edib.

 

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv