www.sinerjipro.net

SinerjiProWide

NIKOIL | Bank Gənclər gününü qeyd etdi

Reklam

Fevralın 2-də Nikoil Bankın Puşkin küçəsi, 30 ünvanında yerləşən Baş Ofisində Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilmişdir. Bankın konfrans zalında Bankın nümayəndələri iləpaytaxtın aparıcı universitetlərinin tələbələri iləgörüş keçirilmişdir.

Gənclərin qarşısında xüsusi dəvət olunmuş qonaq – aktyor, şoumen, rejissor və əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun iştirakçısı Bəhram Bağırzadə çıxış etmişdir. Tədbirin sonunda Bəhram Bağırzadə tədbirin bütün iştirakçılarına özünün ən son kitablarından birinihədiyyə etmişdir.

“Siz vətənpərvərsinizsə, öz işinizdə peşəkar olmalısınız”, Bəhram bildirdi vəgörüşün bütün iştirakçılarına uğurlar, böyük nailiyyətlər və ölkəmizin rifahı naminə gənclərə təşəbbüslərindəparlaq qələbələr arzuladı.

Xatırladaq ki, hələ 1997-ci ildəAzərbaycan Respublikasının Prezidenti Ümummilli Lider Heydər Əliyev imzaladığı sərəncama əsasən, Azərbaycan gənclərinin 1-ci Forumunun keçiriləcəyi gün – 2 fevral “Azərbaycan Gəncləri Günü” kimi elan edilmişdir.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativwww.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."