NIKOIL Bank nizamnamə kapitalını 60 mln. manat  məbləğində artırır!

NIKOIL Bank nizamnamə kapitalını 60 mln. manat  məbləğində artırır!

Müəllif: Baş Redaktor

Baş Redaktor

Corporation Block of ICB NIKOIL BANK31 avqust tarixində Moskva şəhərində “NİKOYL” İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilmişdir. Yığıncağın gedişində Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, “NİKOYL”  Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək.

Xatırladaq ki, bu məsələ  “NİKOYL” BankınMüşahidə Şurasının bu yaxınlarda keçirilmiş iclasında müzakirə edilmişdir və iclasda nizamnamə kapitalının cari ilin sentyabr ayından gec olmayaraq artırılması tövsiyyə edilmişdir.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ səhifə  www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

İqtisadiyyat, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti