NIKOIL | Bank vaxtınıza qənaət edir!

Müəllif: Redaktor

Editor

NIKOIL | Bank cari və kart hesablarına www.hesab.az və www.e-pul.az saytları və ya xüsusi ödəmə terminalları vasitəsiləəlavələrin edilməsi üzrə CASH-İN xidmətini yeniləyib.

Bu funksiya ilə müştərilər gün ərzində öz hesablaşma, depozit və kart hesablarını, FOREX hesablarını, həmçinin kredit borcunun ödənilməsi üçün vəsaitlərin Milliön, EasyPay və E-manat vasitəsilə ödənişini fasiləsiz həyata keçirməyə imkan verir. Bu xidmət, nəğd vəsaitlərin həm milli, həm də xarici valyuta vasitəsilə ödənilməsini nəzərdə tutur. Müştərilərə öz kreditlərini asanlıqla yükləyə biləcəyi CİB mobil əlavəsi vasitəsilə ödənilməsinə də imkan yaradılır. Azərbaycanda NIKOIL | Bank-ın aktiv ödəniş xidməti Milliön şəbəkəsində 2684 terminal, E-manat şəbəkəsində 2083 terminal, EasyPay şəbəkəsində isə 309 terminal vasitəsilə təqdim edilir.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir