NIKOIL Bankın bağlanmış dörd filiallarının müştərilərinə müraciəti 

NIKOIL Bankın bağlanmış dörd filiallarının müştərilərinə müraciəti 

Müəllif: Baş Redaktor

Baş Redaktor

nikoil_bank_logo_100915-e1460444366660Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 06.09.2016 tarixində “NİKOYL” İKB ASC-nin 1 saylı, 2 saylı, 9 saylı və 13 saylı  filiallarının lisenziyası geri çağırılmışdır.”NİKOYL” Banktənzimləyici orqanların qərarlarına həmişə olduğu kimi  hörmətlə və anlayışla yanaşır. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş qərara reaksiya olaraq Bank dərhal dörd satış nöqtəsini bağladı.Bankın rəhbərliyi baş verənlərə görə çox təəssüflənsə də, bu qərarı müştərilərlə işləmə sisteminin  yeni mərhələsi kimi dəyərləndirir. Rəhbərlik dəyişikliyindən sonra  “NİKOYL” Bank filial şəbəkəsinin və xərclərinin optimallaşdırılması ilə fəal məşğul olmağa başladı. Bank həmçinintexnoloji inkişafın artırılmasına və maliyyə davamlılığınainvestisiya qoymağa hazırlaşır. Cari ilin 31 avqust tarixində Moskva şəhərində “NİKOYL” İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilmişdir və Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, “NİKOYL”  Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək.  Və bu gün Bank tərəfindən növbəti 10 mln. ABŞ dolları məbləğində tranş qəbul edilmişdir.

“NİKOYL” Bank öz müştərilərinə müraciət edərək bildirir ki, ləğv olunmuş filialların bütün fəaliyyətləri 3 saylı,5 saylı və 11 saylıfiliallararasında paylanacaq.

1 saylı və 13 saylıfiliallarınmüştəriləri – Bakı şəhəri, Səməd Vurğun küç. 166 ünvanındayerləşən 3 saylı filialında xidmət olunacaqlar.

2 saylı filialın müştəriləri – Bakı şəhəri, Hüseyn Cavid pr. ev “A” ünvanında yerləşən 11 saylı filialında xidmət olunacaqlar.

9 saylı filialın müştəriləri – Bakı şəhəri, AZ 1025,  Xocalı pr.24  ünvanındayerləşən 5 saylı filialında xidmət olunacaqlar.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

 

 

İqtisadiyyat, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti