!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Niyə polislər ictimai nəqliyyatdan pulsuz istifadə edir?

!Reklam – Yazi

polis_45Mahmud Hacıyev: “Məntiqi baxımdan olmaz, amma qanunu baxımdan…”

Bildiyimiz kimi, Azərbaycanda polis əməkdaşları sərnişin nəqliyyatından pulsuz istifadə edir. Bu məsələ «Polis haqqında» qanununun 38-ci maddəsinin 4-cu bəndində öz əksini tapıb. Burada göstərilir ki, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksi və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.

Amma Azərbaycan Konstitusiyasında göstərilir ki, hamı qanun qarşısında bərabərhüquqludurlar. Yəni biri digərindən hər hansı bir üstün məqama, mövqeyə malik ola bilməz. Ona əsasən kimliyindən, hansı peşə sahibi olmasından asılı olmayaraq, hamı bərabərhüquqludur. Bu bərabərlik özünü eyni zamanda sərnişin nəqliyyatında hərəkət edən insanlara da şamil edilməlidir. Amma göründüyü kimi, ölkəmizdə polislər digər əhali kateqoriyasından fərqli olaraq, daha çox əmək haqqı alsalar da belə, sərnişin nəqliyyatından pulsuz istifadə etmək imtiyazına sahibdirlər. Halbuki kiməsə bu və ya digər imtiyazların verilməsi bazar iqtisadiyyatı prinsiplərinə tərs mütənasibdir.

Yenicag.az-a açıqlamasında sabiq polis polkovniki Mahmud Hacıyev bildirdi ki, məsələyə iki məqamı nəzərə almaqla yanaşmaq lazımdır. Onun fikrincə, məntiqi baxımdan polislər də digər vətəndaşlar kimi ictimai nəqliyyatdan istifadə edərkən pul ödəməlidirlər. Amma qanunu baxımdan onların avtobuslardan pulsuz istifadə etməsi iş rejimlərilə əlaqədar olaraq polisə verilən imtiyazdır: “Doğrudan da Konstitusiyaya görə qanun qarşısında bütün vətəndaşlar bərabərhüquqludurlar. Yəni məntiqlə sərnişin nəqliyyatından istifadə edən adi vətəndaş buna görə pul ödəyirsə, polis də ödəməlidir. Məntiqi baxımdan bu düzdür. Hazırda ölkədə ən çox əmək haqqı alanlardan biri polis işçiləridir. Polisin əmək haqqısı vətəndaşlardan tutulan gəlirlər hesabınadır. 200-250 manat əmək haqqı alan digər peşədə çalışan insandan vergi tuturlar, bu yolla da polisə 700-800 manat əmək haqqı verirlər. Həmin 200-250 manat alan vətəndaş ictimai nəqliyyatdan istifadə zamanı pul ödəyir, amma polis ödəmir. Belə məqamları nəzərə alanda məntiqi baxımdan polisin ictimai nəqliyyatdan istifadə etməsinə görə pul ödəməməsi doğru deyil. Amma polis gecə-gündüz işləyir, onun iş şəraiti ağırdır. Bu şəraiti nəzərə alaraq da, polis və hərbi qulluqçulara dövlət səviyyəsində müəyyən imtiyazlar verilir. Həmin imtiyazlardan biri də onların məhz ictimai nəqliyyatdan pulsuz istifadə etmələridir. Yəni məntiqi baxımdan polisin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi doğru yanaşma olmasa da, qanunu baxımdan bu düzgündür”.

 

ELÇİN

www.yenicag.az

4005
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv