Ads by Google

hightechnic
Ads by Google

unnamed (7)Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, doktor İsmail Seragəldin Bolqarıstan Prezidentinin mükafatı ilə təltif olunub. Bolqarıstan Respublikası Prezident sarayında Prezident Rosen Plevneliev, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, NGBM-in Baş katibi Rövşən Muradov, Azərbaycan və Misirin Bolqarıstandakı səfirlərinin iştirakı ilə mükafatın təqdimat mərasimi keçirilib. Bolqarıstan Prezidenti Rosen Plevneliev doktor İsmail Seragəldinin NGBM-in həmsədri kimi göstərdiyi önəmli fəaliyyətini vurğulayıb.

İsmail Seragəldin Sofiya Universitetinin Fəxri Doktorluq Diplomu ilə də təltif edilib.
Qeyd edək ki, NGBM Bolqarıstan hökuməti və ictimai qurumları ilə aktiv əməkdaşlıq edir. Belə ki, cənab Rosen Plevneliev Mərkəzin təşkil etdiyi 3-cü və 4cü Qlobal Bakı Forumlarında, təşkilatın Ali Səviyyəli toplantılarında iştirak edib və Sofiyada bu toplantılara ev sahibliyi edib.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov Mərkəzin İdarə Heyətinin üzvü, eks-prezident Georgi Parvanov və keçmiş Baş nazir Petre Roman isə üzvləridir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."