Yazı İçi 468×60

7a3066d7-1e4e-44c3-9b80-8abaae2da82fDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Diaspor Jurnalistləri Birliyi tərəfindən növbəti “Diaspor dərsi” dekabrın 29-da Nizami rayonundakı 32 saylı tam orta məktəbdə keçirilib. Öncə 32 saylı məktəbin direktoru Sevda Abdullayeva çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.

Sevda Abdullayeva şagirdlərə harada yaşasalar da azərbaycanlı olduqlarını unutmamağı tövsiyə edib.

DJB sədri Fuad Hüseynzadə tədbirin “Orta məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində keçirildiyini deyib: “Orta məktəblərdə diaspor dərsləri” layihəsi könüllü icra edilir. Azərbaycanda ilk dəfədir ki, belə bir layihə keçirilir. Məqsədimiz siz şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirməkdir. Bilməliyik ki, dünya azərbaycanlılarının sayı 50 milyondan çoxdur”.

Fuad Hüseynzadə deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsində məqsəd soydaşlarımızın bir olmasıdır: “Bu, birlik, həmrəylik bayramdır. Fürsətdən istifadə edib Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər kəsi təbrik edirəm”.
Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında məlumat verib: “Bu gün azərbaycanlıların ən çox məskunlaşdığı ölkələr qeyri-rəsmi məlumatlara görə, İran, Türkiyə və Rusiyadır. İranda 30 milyon, Türkiyədə 3 milyon, Rusiyada isə 2 milyon azərbaycanlı yaşayır. Eyni zamanda Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna da azərbaycanlıların çox yaşadığı ölkələr içərəsində liderlik edir. ABŞ-da qeyri-rəsmi məlumatlara görə, 450 000, Almaniyada 200 000, Ukraynada isə 280 000 azərbaycanlı yaşayır”.

Əbülfəz Şeydabəyovun sözlərinə görə, ümummilli liderin diaspor və lobbiçilik sahəsinə verdiyi önəmin təzahüru kimi milli tarixə düşmüş fərmanlarından biri də dövlət mütəqilliyimizin 10 illik yubileyi ərəfəsində ilk dəfə olaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olub: “Müstəqillikdən sonra Azərbaycanla bütövləşən dünya azərbaycanlıları bu gün milli maraqlar ətrafında sıx birləşiblər. Dünya azərbaycanlılarının növbəti IV Qurultayı Bakı şəhərində keçiriləcək. Hər beş ildən bir keçirilən Qurultayda son illərdə görülən işlər haqqında daha geniş hesabatlar dinlənəcək və yeni təbliğat strategiyaları hazırlanacaq”.

Çex-Azərbaycan İctimai Birliyinin sədri Əbdül Əliyev məqsəd və məramlarından danışıb: “Məqsədimiz Avropada yaşayan azərbaycanlıların və avropalıların ictimai təşkilatın bütün sahələri üzrə əhatə edən fəaliyyətlərini koordinasiya etməkdir. Eyni zamanda çex cəmiyyətində Azərbaycan maraqlarının qorunması və təbliği, o cümlədən ölkəmizə rəğbətin artırılması məqsədilə Çexiya Respublikasında təhsil alan və yaşayan soydaşlarımızın səfərbər və həmrəy olmasına dəstək olmaqdır”.

Əbdül Əliyev bildirib ki, qısa müddətdə təşkilat tərəfindən bir neçə layihə həyata keçirilib.
Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə təşkilatın gördüyü işlərdən danışıb: “Diaspor Jurnalistləri Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi yaradılıb. Az müddətdə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında ölkə daxilində 2, xaricdə isə 3 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20 nüfuzlu mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib.”
Siyavuş Əmirli deyib ki, Azərbaycan diasporu bu gün mütəşəkkil gücə çevrilib.

Diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.
Sonda Sevda Abdullayevanın təklifi ilə 32 saylı orta məktəbin şagirdlərinin Virtual Təbliğat Qrupu yaradılıb.

Nəzərə çatdıraq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.

DJB-nin Mətbuat xidməti

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."