Yazı İçi 468×60

2-1Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq mərkəzdən Zığ istiqamətinə doğru prospektin sözügedən kəsişməsi 30.03.2016-cı il tarixindən bağlanaraq hərəkət alternativ yollara istiqamətləndirilib.

“Azəravtoyol”dan “APA-Economics”ə verilən məlumata görə, piyada keçidində işlər yekunlaşdığından (yalnız daxildə üzləmə işləri qalıb) bu gündən etibarən Nobel prospektində qazılmış sahə bərpa olunub və yeni asfalt-beton örtüyü döşənib. Artıq ərazidə hərəkət əvvəlki istiqamətdə bərpa olunub.

Qeyd edək ki, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində 220 m uzunluğunda qalereyanın tikintisi yekunlaşıb. Hal-hazırda qalereyanın mərmər-qranitlə üzlənməsi işləri davam etdirilir.

Bundan başqa, 8 ədəd çöl şəraitində quraşdırılan eskalatorların yaxın müddət ərzində keçidin giriş hissələrində quraşdırılması da nəzərdə tutulub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."