!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus bu həftə Bakıya gəlir

!Reklam – Yazi

Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus iyunun 18-dən 21-dək Bakıda səfərdə olacaq. Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü, ADA və İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Bakıya səfər edəcək dünyaca nüfuzlu ictimai xadim, sosial biznes və mikrokreditin atası adlandırılan Məhəmməd Yunusun dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Nobel Sülh Mükafatı Laureatının ilk olaraq ADA Universitetində ”Biznesin sosial məsuliyyəti” mövzusunda məruzə ilə çıxış etməsi nəzərdə tutulur. Professor M.Yunusun burada xarici ölkə səfirliklərinin və diplomatik nümayəndəliklərinin qarşısında sosial bizneslə bağlı bir sıra maraqlı mesajlar verməsi planlaşdırılır. Daha sonra cənab Yunus İqtisad Universitetində Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan olan nümayəndə heyətləri, o cümlədən, Azərbaycanın bir sıra nazirlik və komitələrinin, rəsmi şəxslərinin qarşısında “Sosial Biznes – İnkişaf üçün əsas yol” mövzusunda mühazirə ilə çıxış etməsi gözlənilir.

İyun ayının 20-də isə məşhur iqtisadi xadim, “Qramen” Bankının və dünyanın 41 ölkəsində fəaliyyət göstərən 50-dən çox iqtisadi qurumun təsisçisi cənab Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında Azərbaycan dilinə tərcümə olunmuş, müəllifi olduğu “Kasıbların Bankiri” ( The Banker to the Poor) kitabının təqdimatı mərasimində iştirak edəcək. Mərasimdə Professor Məhəmməd Yunusa BAMF-ın Ali Mükafatı təqdim olunacaq. Qeyd edək ki, sözügedən Ali Mükafat buna qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyova təqdim olunub. Bu mükafat dünya miqyasında vətəndaş cəmiyyəti sahəsinə verdiyi töhfə, beynəlxalq səviyyədə sosial və iqtisadi sahədə əldə olunan nailiyyətlərə, dünya elminin inkişafında oynadığı əvəzsiz rol və münaqişələrin həllində sülhü təbliğ edən ictimai xadimlərə təqdim olunur. Xatırladaq ki, 2006-cı ildə Məhəmməd Yunus və onun rəhbərlik etdiyi Qramen bankı Nobel Sülh Mükafatına layiq görülüb. Professor Yunus Wharton Biznes Məktəbinin “Son 25 İlin ən Nüfuzlu Biznes adamları” siyahısında 25-ci yerdədir. Daim yenilik axtardığına və səmərəli sahibkarlıq fəaliyyətinə görə, “Fortune” jurnalı Professor Yunusu 2012-ci ilin mart ayında “dövrümüzün 12 dahi sahibkarları” siyahısında 12-ci yerə layiq görüb. AsiaWeek (Honk Konq) təşkilatı isə onu“İyirmi Dahi Asiyalıdan”biri kimi seçmişdir. 2008-ci ildə Böyük Britaniyanın Prospect Jurnalı və ABŞ-ın Foreign Policy Jurnalı tərəfindən keçirilmiş açıq onlayn səsvermədə, Top 100 İntellektual Şəxsləri siyahısında Məhəmməd Yunus dünyanın ikinci ən intellektual adamı seçilib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəsinə, həmçinin 26 ölkənin 112 mükafatı, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülmüşdür. O, ABŞ Prezidentinin Azadlıq Medalı və ABŞ Konqresinin Qızıl Medalını almış yeddi şəxsdən biridir.

 

www.yenicag.az

753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv