www.sinerjipro.net

SinerjiProWide
Reklam

61801Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini Azər Süleymanov oktyabrın 30-da Sabirabad rayonunun nodulyar dermatit virus xəstəliyi baş vermiş təsərrüfatlarında olub. Burada xəstəliyə yoluxub müalicə olunmuş və hazırda müalicəsi davam etdirilən heyvanlara baxış keçirilib.
DBNX-nin mətbuat mərkəzindən  bildiriblər ki, xidmətin əməkdaşları xəstəlik qeydə alınan kəndlərdə dezinfeksiya, desinseksiya işləri aparmaqla, heyvanlarda simptomatik müalicə tədbirlərini davam etdiriblər.

A. Süleymanov yerli bələdiyyə, icra nümayəndələri və ayrı-ayrı təsərrüfat sahibləri ilə görüşüb. Görüşdə bildirilib ki, DBNX nodulyar dermatit virus xəstəliyinin qarşısını almaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Aparılan dezinfeksiya, dezinseksiya və simptomatik müalicə tədbirləri öz effektini verməkdədir. Artıq xəstəliyin dinamikasında kəskin azalmalar müşahidə edilir. Xidmətin əməkdaşları xəstəlik qeydə alınan bölgələrdə monitorinq keçirir, müvafiq dəqiqləşmələr aparırlar. Hazırda xəstəliklə mübarizədə bütün imkanlardan istifadə edilir.

Görüşdən sonra A. Süleymanov yerli baytarlıq xidməti əməkdaşlarına lazımi məsləhət və tövsiyələrini verib.

Qeyd edək ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən xəstəlik qeydə alınan bütün rayonlara kifayət qədər dərman preparatları göndərilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, nodulyar dermatit virus xəstəliyi ilə əlaqədar epizootik vəziyyət tam nəzarətdə saxlanılır və xəstəliyə qarşı mübarizə tədbirləri ardıcıl olaraq davam etdirilir. (azertag.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."