Smartfonlar bazarında “Nokia” brendi son zamanlar ən çox müzakirə olunan mövzulardan biridir.

Bir zamanlar məşhur olmuş brendin, Nokia 6 ilə geri qayıtmağını artıq hamı müzakirə edib. Elə isə gəlin görək ki, bu brendin ilk mobil cihazı necə olub. 1982-ci ildə Nokia Mobira Senator adlı mobil telefon təqdim olunmuşdu. 10 kq ağırlıqlı həmin cihazı, istifadədə rahat və kompakt adlandırmaq olmaz. İlk dəfə sözün əsl mənasında mobil cihaz kimi, brend, Mobira Cityman-ı təqdim etmişdi. Bu, 1987-ci ildə baş tutmuşdu. Onun çəkisi isə 780 qram idi. Həmin mobil cihaz həmdə ona görə məşhurluq qazanmışdı ki, SSRİ-nin ilk prezidenti olmuş Mixail Qorbaçov-un sayəsində bir çox dünya nəşriyyatlarına düşmüşdü. Belə ki, məhz Qorbaçov sözügedən mobil cihaz vasitəsilə Finlandiyadan SSRİ-nin Əlaqələr nazirliyinə zəng etmişdi. (Technote.az)

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."