!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Noutbuklar haqqında maraqlı faktlar

!Reklam – Yazi

780547_4715401. Daşınan kompüterlər haqqnıda ilk fikir: “Sabah üçün proqnozlaşdırmanın ən yaxşı yolu onu planlaşdırmaqdır!” şüarı ilə yaşayan Alan Key adlı bir nəfərə məxsusdur.

38 il əvvəl Alan Key dəftərdən böyük olmayan, istənilən yerdə simsiz şəbəkələrə qoşula bilən, istənilən məlumatların saxlanılması mümkün olan və qiymət baxımından hər kəsin sahib ola biləcəyi daşınan kompüterlər haqqındakı fikrin məülliflik hüququnu əldə edib.

2. 30 il əvvəl isə Alan Keyin arzusu həyata keçib. Bəşəriyyət tarixində ilk daşınan kompüter “Grid Compass” yaradılıb. Bu kompüter NASA- nın sifarişi ilə hazırlanaraq kosmik proqamlarda istifadə edilirdi.

3. İlk daşınan kompüter haqqında deyilir ki, o həqiqətən də əsl hərbi təchizata oxşayırdı. Olduqca dözümlü və görünüşü olduqca zəhmli idi.

4. 365 qramm çəkisi olan dünyanın ən yüngül noutbuku Sony şirkəti tərəfindən hazırlanıb. Bu kompüterin 40 GB yaddaşı olmaqla yanaşı xüsusi enerji akkumlyatoru ilə də təchiz edilmişdi.
Noutbuklar haqqında maraqlı faktlar

5. Statistikaya görə, 68% noutbuk istifadəçiləri bu kompüterdən iş üçün istifadə edirlər. 21% istifadəçi noutbukdan əyləncə üçün, 9% istifadəçi isə təhsil üçün istifadə edir. 70%-dən artıq istifadəçiyə noutbuk internetə qoşulmaqda yardım edir.

6. Mütəxəsislər qiyməti 100 ABŞ dollarını aşmayan noutbuk hazırlayıblar. Bu cihaz kasıb ölkələr üçün nəzərdə tutulub. Nigeriya artıq 1 000 000 ədəd kompüter üçün müraciət edib. Bu ölkələr sırasında Braziliya, Argentina və Tayland da var.

7. Dünyanın ən qeyri-adi noutbuku büllurdan hazırlanıb. Olduqca zərif olan bu cihazın həm də tez-tez tozdan təmizlənməsinә ehtiyac var.

8. Noutbuklar 80-ci illərdən başlayaraq ABŞ əhalisi arasında məşhurlaşmağa başlayıb. Hәmin dövrdә bu cihazıların çəkisi 4 kq-ı aşırdı və 2000 ABŞ dolları dəyərində idi.

9. Dünyanın ən bahalı noutbuku Hollandiya mütəxəsisləri tərəfindən hazırlanıb. Bu cihazın qiyməti 355 000 dollardır və müxtəlif qiymətli daşlarla bəzədilib.

10. Ən nazik notubuku Sony şirkəti hazırlayıb. Bu cihazın qalınlığı 8 mm-dir. Həmçinin bu cihaz uzaqdan idarəetmə xüsusiyyətinə də malikdir.

11. Mütəxəsislər notubuku işlək vəziyyətdə olarkən bəzi hallarda insan sağlamlığına zərərli olması haqda fikir bildirirlər. Xüsusən də kişilər üçün bu hal zərərli sayılır. Tövsiyә olunur ki, diz üstündə və ya hər hansı bir şəraitdə noutbuku üzərinizə qoymayasınız. Әgәr belə bir hal olarsa noutbukun altından qalın bir material salınmalıdır ki, onun istisi insan bədəninə daxil olmasın. Belə ki, düzgün istifadə qaydaları çərçivəsində noutbuk insan həyatı üçün təhlükə kəsb etmir.

www.yenicag.az

933
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv