Növbəti əfv siyahısı hazırlanır

Müəllif: Redaktor

Editor

118103_res_01“Mənim ünvanıma bütün respublikadan ərizələr daxil olar. Yaydan indiyə qədər 50-60 ərizə qəbul etmişəm. Amma Əfv Kommisiyasının iclası hələ olmayıb”.

Bunu Əfv Kommisiyasının üzvü, deputat Elmira Axundova açıqlaması zamanı deyib.

“Əsasən cinayəti ağır olmayan, cəzasının yarısını çəkənlərin və digər əfv olunması münasib olan məhbusların ərizələri Əfv Kommisiyasına göndərilir”, – deyə deputat vurğulayıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da sayta açıqlamasında bildirib ki, əfv fərmanı ilə bağlı gözlətniləri var: “Biz Əfv Kommisiyasına 27 nəfərin siyahısımızı təqdim etmişik. Hazırlanan siyahıda əsasən məhkəməsi düzgün aparılmayanların və cəzasını yarıya kimi çəkən məhbusların var”.

Xatırladaq ki, Azərbaycanda son əfv fərmanı martın 18-də imzalanıb. Sonuncu əfv fərmanı ümumilikdə 101 nəfər şamil edilib.

Azərbaycanın müstəqillik dövründə isə ümumilikdə 59 əfv fərmanı imzalanıb. Bu da indiyədək 6100 nəfərin azadlığa buraxılması deməkdir(ans).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır