Novruz Məmmədov: “İlham Əliyevin Çinə səfəri, … ”

Müəllif: Redaktor

Editor

045ee4df094c460e076ac4c7bf3bc304“Hiss olunurdu ki, Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir, ölkəmizin beynəlxalq aləmdə oynadığı rolu, geosiyasi əhəmiyyətini bilir”

“Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri məzmun, forma və statusuna görə tarixi səfər oldu”.

Bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, dünyada, regionda gedən proseslər fonunda Azərbaycan prezidentinin Çinə dövlət səfəri çox mühüm bir hadisədir: “Dövlətlərin hər birində ildə 2-3 səfərə dövlət səfəri statusu verilir. Çin kimi dövlətin prezident İlham Əliyevin səfərinə belə bir status verməsi xüsusi münasibətin göstəricidir. Aparılan müzakirələr və 10 sənədin imzalanması da bunu göstərir. Çin Xalq Respublikasının sədri və prezident İlham Əliyev arasında birgə Bəyannaməni xüsusi qeyd etmək olar”.

N. Məmmədovun sözlərinə görə, görüşlərdə elə bir sahə olmayıb ki, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə söhbət getməsin: “Hiss olunurdu ki, Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir, Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolu, geosiyasi əhəmiyyətini bilir. Dünyadakı mövcud şəraitdə iki dövlət başçısının görüşməsi, əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyan hadisədir. Hər iki ölkə son 10 ildə sabit və uğurlu inkişafını təmin edib”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir