!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Noyabr ayının müflisləşən bankı hansıdır?

!Reklam – Yazi

скачанные файлы (2)Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət banklarla bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 10190 xəbər yerləşdirilib. Bunlardan 9994-ü neytral, 158-i mənfi, 38-i isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Nikoil Bank (25 xəbər), Parabank (12 xəbər), Unibank Kommersiya Bankı (10 xəbər). Mənfi xəbərlərin əsas mövzusu bankların müflisləşməsidir.

Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı 2650 xəbər
2. AGBank (Azəri Qaz Bank) 961 xəbər
3. Texnika Bank (Bank Technique) 747 xəbər
4. MuğanBank 578 xəbər
5. Kapital Bank 489 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 360 xəbər dərc edilib. Bu xəbərlərdən 353 xəbər neytral, 7 xəbər isə mənfidir. Qəzetlərdə Azərbaycan Kredit Bankı (3 xəbər) mənfi xəbərlər arasında liderdir.

Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı 150 xəbər
2. AGBank (Azəri Qaz Bank) 41 xəbər
3. Texnika Bank (Bank Technique) 23 xəbər
4. MuğanBank 23 xəbər
5. AtaBank 14 xəbər

Noyabr ayında televiziya kanallarında banklar haqqında 41 xəbər göstərilib.

1. Azərbaycan Beynəlxalq Bankı 17 xəbər
2. Kapital Bank 6 xəbər
3. Eurobank Azerbaijan 3 xəbər
4. Azərbaycan Kredit Bankı 3 xəbər
5. DəmirBank 2 xəbər

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv