hava_payiz_gunesh25Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən bildirilib ki, şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütünundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Axşam ayrı-ayrı şimal və qərb rayonlarında yağış yağacağı, sulu qara keçəcəyi proqnozlaşdırılır. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."