!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nurayla bağlı hansı dövlət qurumunun açıqlaması ləngiyir? – Ekspert nazirliyi tənqid etdi

!Reklam – Yazi

qubanuraySosial şəbəkədə Quba rayon Məhkəməsinin qərarı ilə 10 yaşlı Nuray Bayramzadənin zorla xalasından alınaraq, atasına verilməsi ilə bağlı qərarın icrası ilə bağlı video yayılıb. Hazırda bu hadisə ciddi müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan uşaq hüquqları üzrə ekspert Nabil Seyidov deyib ki, bu hadisədə məsələ məişət zorakılığından gedir:

“Yəni, söhbət valideynlər və kənar şəxslər tərəfindən uşaqlara zorakılıqdan və belə uşaqların reabilitasiyasından gedir. Bütün bunlar isə uşaq müdafiəsi sisteminin bir hissəsidir və bu sistemin reformasına ciddi ehtiyac yaranıb. Məndə olan məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu sahədə ciddi addımlar atılır.

Amma təəssüf ki, digər dövlət qurumlarından bu məsələyə dəstək almaqda çətinlik var. Məsələn, təklif edilir ki, azyaşlılar üzrə komissiyalar yenidən formalaşdırılmalıdır və dövlət komitəsinin tabeliyinə verilməlidir. Eyni zamanda uşaq hüquqları üzrə Ombudsman yaradılmalıdır və insan hüquqları müvəkkilinin müavini kimi fəaliyyət göstərməlidir. Uşaq hüquqları ilə bağlı qanunlar təkmilləşdirilməlidir. Çünki bu sahə üzrə yeniliklər və təhlükələr mövcuddur. Həmçinin qeyd edim ki, son bir neçə ildə uşaq hüquqları sahəsində vətəndaş cəmiyyəti çox zəifləyib. Həm hüquq-mühafizə orqanlarının nümayəndələri, həm də məhkəmə işçiləri və icraçıları uşaq hüquqları, uşaqlarla davranışla bağlı seminarlara cəlb edilməlidir. Çox təəssüf ki, bu məsələdə ciddi boşluqlar var”.

N.Seyidov deyib ki, zorakılığa məruz qalan uşaqlar üçün yaradılan reabilitasiya mərkəzləri çox bərbad vəziyyətdədir:
“2007-ci ildə yaradılan 3 reabilitasiya mərkəzindən biri Quba idi. Amma bu mərkəzlərə nə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən, nə də digər dövlət qurumları tərəfindən dəstək göstərilmədi. Artıq Qubada, Gəncədə və Ucarda olan mərkəzlər bağlanıb. Onlardan yalnız biri Bakıda qalıb, o da çox bərbad vəziyyətdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaq hüquqlarının qorunması ilə bağlı qurumdur. Amma təəssüf ki, bu qurum əlillik və pensiya məsələlərinə diqqət yetirir. Digər uşaq qrupları onların diqqətindən kənardadır”.
BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv