!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Nurgun Motors" ağ bayraq qaldırdı - "Rəvan"la bağlı bəd xəbər

!Reklam – Yazi

Azərbaycanın daha bir klubu dağıla bilər. Sportinfo.az xəbər verir ki, “Nurgun Motors” Şirkətlər Qrupunun rəhbəri Nuru Əliyevin adından federasiyaya xəbərdarlıq daxil olub.

Tanınmış iş adamı “Rəvan”ı I Divizionda saxlamaq istəmədiyini bildirib. O, bunu son 3 ildə şirkətin maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqələndirib.

AFFA isə öz növbəsində “Rəvan”a yeni sponsor axtarmağa başlayıb. Azərbaycan Beynəlxalq Bankının “İnter”dən imtinasından sonra “sığortaçılar”ın da belə bir fikrə düşməsi qurumu çətin vəziyyətə salıb. AFFA N.Əliyevi niyyətindən daşındırmaq üçün “Rəvan”ı gələn mövsüm Premyer Liqaya buraxıb-buraxmamağı SOCAR-ın müzakirəsinə çıxarıb.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi müraciətlə bağlı xəbəri təkzib edib:

“Bu barədə “Rəvan”dan bizə heç bir məlumat daxil olmayıb. AFFA-nın da klub rəhbərliyi ilə danışıqlar aparması tamamilə yanlış məlumatdır.

O ki qaldı “İnter”ə, klubun yaşaması üçün AFFA sponsor axtarır. Namizədlərin olub-olmaması ilə bağlı heç bir açıqlama verə bilmərik”.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv