yenicag.az
yenicag.az

“Nurgün Motors”dan uzaq durun – Maxinasiya

“Nurgün Motors”dan uzaq durun – Maxinasiya

Müəllif: Redaktor

Editor

235586Azərbaycanda “Nurgün Motors”un satdığı bir sıra avtomobillərin keyfiyyəti və şirkətin təklif etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə “Nissan”ın respublikadakı servis mərkəzlərindəndir.

7News.Az-ın redaksiyasına daxil olan növbəti şikayət də məhz “Nurgün Motors”un servis mərkəzindəndir.

Belə ki, müştəri idarə etdiyi “Ford Mustang” markalı avtomobilinin sıradan çıxan detalı üçün servisə müraciət edib. Avtomobilə lazım olan hissənin 1 ay müddətində gələcəyini söz verən servis rəhbərliyi bu vədinə əməl etməyib. Ötən gün verilən müddətin başa çatdığını görən müştəri, servislə əlaqə saxlayıb. Ancaq onun bütün zəngləri cavabsız qalıb. Bu problemin aradan qaldırılması üçün yenidən “Nurgün Motors”a üz tutan müştəri, orada maraqlı cavablarla qarşılaşıb: “1 aydan sonra gələcək. Ama o da dəqiq deyil”.

Buradan belə nəticəyə gəlmək olar ki, “Nurgün Motors” dəfələrlə haqqında edilən şikayətlərdən sonra mətbuatda gedən dəluduzluq xəbərlərindən hələ də nəticə çıxarmayaraq müştərilərinin şikayətinə məhəl qoymur.

Qeyd edək ki, bundan öncə də “Nurgün Motors”la bağlı onlarla şikayət edilmiş və şirkət işçilərinin dələduzluq faktları aşkar olunaraq ictimaiyyətin diqqətinə çatdırılmışdı. Hansı ki, “Nurgün Motors”dan alınan avtomobillərə şirkətin verdiyi 3 illik və ya 100 min kilometrlik yürüş zəmanətinin qüvvədə qalması üçün maşın yalnız “Nissan”ın servis mərkəzində təmir edilməlidir. Burada qiymətlər isə həddindən artıq bahadır. Qəza baş verdiyi halda “Nurgün Qrupa” daxil olan sığorta şirkəti tərəfindən sığortalanmış avtomobilin məhz “Nissan” servisdə təmir edilməsi tələb olunur. Bu isə avtomatik olaraq təmirin qiymətinin bir neçə dəfə artması və onun müddətinin uzanmasına gətirib çıxarır.

Belə neqativ halların “Nurgün Motors” servislərində tez-tez baş verməsi artıq onun müştərilərini təngə gətirib.

 

Yenicag.az

Araşdırma, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti