!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nuridə Atəşi Almaniya tarixçiləri əleyhinə bəyanat yaydı

!Reklam – Yazi

скачанные файлы“Almaniya elmi Qarabağ tarixinin erməniləşdirilməsində böyük rol oynayıb.” Bu fikri Nuridə Atəşi yaydığı bəyanatda səsləndirib.

1865-ci ildən Gədəbəydə Simens qardaşlarının Misəritmə zavodunun fəaliyyəti ilə Dağlıq Qarabağın sistemli şəkildə erməniləşdirilməsi siyasətinə başlanmışdır. Belə ki, Siemens qardaşları Almaniya elmində görkəmli yer tutan hətta Bundestaqın və Berlin Parlamentinin millət vəkili olan məşhur siyasətçi, həkim və antropoloq Rudolf Virxovun birbaşa başçılığı, maliyəsi və göstərişi ilə həyata keçirilmişdir. Siemens fabrikinin əməkdaşları, yerli almanəsilli kolonistlər, Almaniyadan göndərilmiş xüsusi kolleksionerlər Azərbaycanın yüzlərlə tarixi qəbir abidələrini talan etmiş, soymuş, qanuni və qanunsuz şəkildə minlərlə maddi mədəniyyət nümunələrini Almaniyaya daşıtdırmışdır. Alman alimləri bu materiallar əsasında 150 il boyunca Qarabağın xristianlıqdan öncəki tarixini mütəşəkkil şəkildə erməniləşdirmiş, qəbir abidələrini qədim erməni xalqına, Azərbaycanın əzəli torpaqlarını Böyük Ermənistana, Erməni yaylasına, hətta alban kilsələrini də qədim erməni kilsələrinə məxsus olaraq tədqiq etmişlər. Almaniyanın məşhur elmi jurnallarında, universitet, muzey kataloqlarında yüzlərlə elmi nəşrlərdə bunlar elmi şəkildə uzun illər boyu geniş ənənə alaraq davam etdirilmişdir.

Berlində fəaliyyət göstərən Qafqaz tədqiqatları İnstitutu Almaniyanın muzeylərində fond və arxivlərində uzunmüddətli gərgin tədqiqatlar apararaq 150 il boyunca Qarabağın almanlar tərəfindən qüsurlu yazılmış tarixini üzə çıxarmış və Azərbaycanın Xocalı- Gədəbəy mədəniyyətinə aid bir çox yeni kolleksiyaları, arxiv materiallarını, tarixi faktları və bu kolleksiyaların Berlinə qeyri qanuni gətirilməsi və bu günə qədər objektiv tədqiq edilməməsi və s. faktları aşkar etmişdir.
Tədqiqatçı N. Atəşi bilərəkdən və bilməyərəkdən yazılmış bu nöqsanlı tarixşünaslığın Dağlıq Qarabağ problemində böyük rol oynadığını və beynəlxalq elmdə bir çox zərərli nəticələrə gətirib çıxardığını qeyd edir və alman elmindən bu barədə cavab istəyir. İndiyə qədər susan alman tərəfi tarixi faktlar qarşısında cavab verməlidir və bu səhvlər düzəldilməlidir deyən tədqiqatçı Alman Dövlətinə Azərbaycan Prezidentinin Almaniyaya yaxın günlərdə olacaq rəsmi səfəri zamanı müraciət hazırlayır. Müraciətdə Azərbaycana məxsus maddi mədəniyyət nümunələrinin digər ölkələr kimi Azərbaycana geri qaytarılmaq tələbi qoyulmasa da onların alman alimləri ilə birlikdə tədqiq edərək Xocalı- Gədəbəy mədəniyyətinin yenidən objektiv tədqiqi, materialların yenidən kataloqlaşdırılması və qüsurlu elmi nəşrlərin elmi dövriyyədən çıxarılması tələbi qoyulmuşdur.

 

www.yenicag.az

833
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv